YAXŞILARA YAXŞI DEMƏK VİCDAN BORCUMUZDUR

594

Hacı Gülağa Abişovun rəhbərlik etdiyi “El-Plastik” MMC Sumqayıt şəhərində fəaliyyət göstərir. Hacı Gülağa Abişov ölkə başçısı İlham Əliyev cənablarının apardığı daxili-xarici siyasətini dəstəkləyərə, 2020-ci ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda başlanan döyüşlərdə Azərbaycanın vətənpərvər oğlu, böyük iş adamı Hacı Gülağa Abişov öz vətəndaşlıq borcunu yerinə yetirərək şanlı ordumuza maddi dəstək olaraq 40000 manat pul vəsaiti köçürmüş və döyüşdə iştirak edən əsgərlərimizin ailələrinə ərzaq sovqatı ilə təmin etmişdir. Hacı Gülağa Abişov islam dininin ənənələrinə sadiq olaraq həmişə qazancından zəkat verərək xeyirxah əməlləri ilə tanınan şəxsiyyətlərdəndir. Araşdırmalarımızdan məlum olub ki, Hacı Gülağa Abişov vaxt aşırı Şəhid ailələri, Qarabağ qaziləri və kimsəsiz ailələrə dəstəl olaraq onların problemləri ilə yaxından tanış olub, əlindən gələnini əsirgəmir.

Bizdə redaksiya olaraq Hacının bu cür xeyirxah əməllərini işıqlandımağımızı özümüzə borc bildik. Hacı Gülağa Abişov-a gələcək işlərində uğurlar diləyərək, ruzisinin həmişə bol olmasını arzulayırıq.

Əziz oxucularımız Hacı Gülağa Abişovun rəhbərlik etdiyi şirkət haqqında qısaca məlumat vermək istəyirik:

“EL PLASTİK” MMC – POLİMER MƏMULATLAR İSTEHSALI

“El PLASTİK” Məhdud Məsuliyyətli Cəmiyyəti 20 ildən artıqdır ki, plastik məhsulların istehsalçıları arasında lider olmaqdadır. Məhsulların yüksək keyfiyyətlə istehsal edilməsi, sifarişlərin vaxtında icrası, sərfəli qiymətlər, yüksək keyfiyyətli servisin göstərilməsi, istehlakçılara diqqətli və etibarlı yanaşma müəssisənin şüarı və müvəffəqiyyətinin rəhnidir. Müasir Dünya və Avropa avadanlıqlarından istifadə edilməsi, mütərəqqi texnologiya və üsulların tətbiqi istehsalı çevik və sürətli etməklə yüksək keyfiyyətli, az məsrəfli və rəqabət qabiliyyətli məhsul istehsal etməyə imkan verir.

Kənd təsərrüfatı və tikintidə istifadə edilən polietilen örtüklərin, kənd təsərrüfatı məhsulları üçün kisələrin, istidaraldıcı örtüklərin, sadə və flesko çap üsuli ilə paket və torbaların, plastik qabların, manikenlərin, ərzaq və qeyri ərzaq, maye, dənəvər məhsullar üçün tutumların və müxtəlif diametrli və təyinatlı plastik boruların istehsalı müəssisənin əsas fəaliyyət istiqamətləridir.

“El PLASTİK” MMC MDB, Almaniya, Türkiyə, İran, Macarıstan, Çin, Koreya və BƏƏ kimi ölkələrin firmaları ilə sıx əlaqələri daima genişləndirilməkdədir. 2000 –dən artıq ,o cümlədən, “Azərsun Holdinq”, “Paşa Holdinq”, “Nurgün Holdinq”, “Norm” MMC, “Basf”, “Palsüd”MMC, “Atena”MMC, “İnter Textil”, “Baltika Baku” MMC, “Coca-Cola Bottlers”, “Aqua-Vita”, “Embawood mebel”, “Mətanət A”, “Oriflame”, “FAB boya”MMC, Sobsan boyaları, “Sevimli dad”, “Göyçay süd” SC, ” Bərdə süd zavodu”, “Aznar” MMC, və digər tanınmış istehsalçı və ticarət subyektləri ilə səmərəli əməkdaşlıq edilir. Sifarişçilərlə səmimi əməkdaşlıq münasibətlərinin yaradılması, daimi yüksək keyfiyyətli məhsul istehsalı, çevik ödəmə şərtləri, birbaşa əlaqənin olması, məhsulun ünvana çatdırılması müştərilərimizə ən sərfəli şərtlərlə xidmət göstərməyə imkan yaradır.

“EL-PLASTİK” MMC-də istehsal olunan Polietilen örtüklər tətbiq sahəsinə görə iki növdədir:

İstixana üçün Polietilen Örtüklər

İstidən büzülən (Şrink) Polietilen Örtüklər

İstixana üçün Polietilen Örtüklər

İstehsal etdiyimiz istixana üçün Polietilen örtüklər eni 90mm-dən 6,0-7,0m-dək olmaqla 12 və 24 aylıq təminatla satışa cıxarılır.

Avropanın və dünyanın müxtəlif müəssisələrinin avadanlıqlarından istifadə edilməsi, mütərəqqi texnologiya və üsulların tətbiqi ilə, istehsalı çevik və sürətli etməklə yüksək keyfiyyətli, az məsrəfli və rəqabət qabiliyyətli məhsul istehsal etmək imkanına nail olunmuşdur.

Kənd təsərrüfatı və tikintidə istifadə edilən polietilen örtüklərin, kənd təsərrüfatı məhsulları üçün kisələrin, istidənbürüşən (şrink) örtüklərin, sadə və flesko çap üsuli ilə paket və torbaların, plastik qabların, manikenlərin, ərzaq və qeyri ərzaq, maye, dənəvər məhsullar üçün tutumların və müxtəlif diametrli və təyinatlı plastik boruların istehsalı müəssisənin əsas fəaliyyət istiqamətləridir.

El-Plastik Məhdud Məsüliyyətli Cəmiyyəti (MMC) Polimerlər dünyasının 4 əsas istiqaməti üzrə ixtisaslaşmış istehsal fəaliyyəti ilə məşğuldur.

Polietilen Örtüklər

Polietilen Paketlər

Plastik Qablar

Plastik Borular

İstehsal sahələrindən və malik olduğumuz texnoloji avadanlıqlari təsvir edən fotoşəkillər aşağıdakı qalereyada sərgilənmişdir.

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor