Azərbaycanın ən böyük gücü xalqın öz liderinə olan sarsılmaz inamı və güvənidir

323

Azərbaycanın ən böyük gücü xalqın öz liderinə olan sarsılmaz inamı və güvənidir

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, “güclü erməni ordusu” mifini darmadağın etdi və 30 ilə yaxındır ki, işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi.

Ulu öndər Heydər Əliyevin siyasi varisi, Ali Baş Komandan İlham Əliyev  Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə imza atdı. Mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu. Ən böyük milli məsələsini həll etdi. Yaratdığı qüdrətli Azərbaycan ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad etdi. Nəyi nə zaman edəcəyini yaxşı bilən Ali Baş Komandan bu misilsiz qələbə ilə nəinki torpaqlarımızı nankor düşməndən geri aldı, həmçinin xalqımızın milli qürurunu özünə qaytardı.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü bir daha dünyaya nümayiş etdirdi. İyul ayında Ermənistan ordusunun Tovuz rayonu istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədində törətdiyi növbəti təxribat, atəşkəsi pozması və hücum cəhdi xalqımızın səbr kasasını yenidən daşdırdı. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbə vurdu. Azərbaycanın qazandığı Qələbə, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad edildiyi gün – 8 noyabr dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya aktına imza atması Azərbaycanın Vətən müharibəsində tam qələbə qazanması, Qarabağ müharibəsində itirilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyev aydın şəkildə bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək. Sitat: “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. ”

Qələbə dolu  60 illik yubileyiniz münasibətilə sizi səmimi qəlbən təbrik edirəm, möhtərəm Prezidentimiz! Qalib Prezidentimiz –Ali baş komandan İlham Əliyev!  Sizin rəhbərliyinizlə   yazılan yeni şanlı tarix – Zəfər tarixiniz də  mübarək, var olun, əziz dövlət başçımız!

Həmid Həsənov

AZFEN B.M.-in Baş Direktoru 

PS: Bizdə “Beynelxalqinformasiyaagentliyi.az” olaraq oxucularımızın diqqətinə çatdırmaq istəyirik “Azfen” B.M.-nin baş direktoru Həmid Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin dəstəkləməklə yanaşı Azərbaycan iqtisadiyyatındada özünün mühüm töhfələrini vermişdir. Həmid müəllimə gələcək işlərində uğur, qalibiyyət və zəfər diləyirik.

Şahmar Zərdabi

Təsisçi-baş redaktor