Torpaqlarımızın azad olunması 103 yaşlı ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyyə, töhfədir

280

Torpaqlarımızın azad olunması 103 yaşlı ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyyə, töhfədir

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!.
Şuşanın azad edildiyi gün – 8 noyabr Prezidentin sərəncamı ilə Zəfər Günü elan edilib. Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan Qarabağa qovuşdu. Ata-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.
Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımızın, soydaşlarımızın torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. 8 noyabr 2020-ci il tarixi Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yaddaşlara əbədi həkk olundu. Artıq xalqımız mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu günü – 8 noyabr tarixini Azərbaycanda Zəfər Günü kimi qeyd edəcək.  Bundan sonra 8 Noyabr tarixi Azərbaycan tarixində böyük gündür, şanlı və müqəddəs gündür.   
İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olundu  Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirdi. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir.
Biz, ədliyyə işçiləri çox böyük fəxarət və qürur hissi ilə bildiririk ki, builki peşə bayramımız bütün xalqı­mızın Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ sava­şında qazandığı Qələbənin hədsiz sevincini yaşadığı bir vaxta düşür. Necə deyərlər, bu möhtəşəm qələbə sevincimizə sevinc qatacaq, bütün azərbaycanlıları bəxtiyar edəcək. Noyabr ayının 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı hər il geniş şəkildə qeyd olunur.  103 illik peşə bayramı isə  biz ədliyyə işçiləri üçün ikiqat bayram olacaq. .Böyük Vətən Müharibəsinin qalib kimi, həm də peşə bayramımızı qeyd edəcəyik.  10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük sevinc hissi ilə qeyd edərdim ki, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını   biz ədliyə işçiləri yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayacayıq.  Bu hissləri, bu sevinci bizə yaşadan, nəsib edən Prezident,Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarıq.

Şübhəsiz, ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı gününü böyük qələbə sevinci ilə qeyd etdiyimiz bu günlərdə bir daha söyləməyə borcluyuq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da möhtəşəm nailiyyətlər qazanacaq, ədliyyə tariximizin şanlı səhifələri yazılacaqdır.

Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini, əziz həmkarlarımı, başda Ədliyyə nazirimiz Fikrət Məmmədov olmaqla   22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin  ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.

Əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə  və digər azadlığına qovuşan rayonlarımızda Azərbaycan ədliyyəçilərinin fəaliyyətinin çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər. O gün çox yaxındadır.

Mahir Muradov 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi