Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı

767

Xəbər verdiyimiz kimi, avqustun 18-də Ramiz Mehdiyevin nəvəsinin toyuna gedərək karantin qaydalarını pozan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov məsələ ictimailəşəndən sonra istefa verib. Bu gün isə hakim partiya Siyavuş Novruzovun istefasını qəbul etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, artıq partiyanın rəsmi saytında icra katibliyinin siyahısından Siyavuş Novruzovun adı çıxarılıb.

Hazırda Yeni Azərbaycan Partiyasının icra katibliyinin siyahısında bu şəxslər var:

Sədr müavini – icra katibi Əli Əhmədov,

İcra katibinin müavini – Mübariz Qurbanlı,

Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri – Aydın Mirzəzadə,

Beynəlxalq əlaqələr şöbəsinin müdiri – Sevinc Fətəliyeva,

Mətbuat xidmətinin rəhbəri – Hüseyn Paşayev,

Maliyyə təsərrüfat şöbəsinin müdiri – Mahir Abbasəliyev,

Sosial media qrupunun rəhbəri – Ramil Vəlibəyov,

Gənclərlə iş qrupunun rəhbəri – Elmar Məmmədov,

Sənədlərlə iş və statistika sektoru – Ramilə Bədəlova.

Xatırladaq ki, S.Novruzov ombudsman xanımı ilə birgə xüsusi karantin qaydalarını pozduğuna görə hər biri 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Hazırda S.Novruzov Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədridir.