Nazirin sıra baxışının vaxtı dəyişdirildi

641

Nazirin sıra baxışının vaxtı dəyişdirildi

BİA.az Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun DİN-in Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq, aprelin 15-i saat 08:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant (500 ştat) post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri, Nobel prospekti, 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı aprelin 19-u saat 08:00-a dəyişdirilib.