Ali Məhkəmə “Baboş”un cəzasını azaltmadı

661

Ali Məhkəmə “Baboş”un cəzasını azaltmadı

BİA.az Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda təqsirləndirilən Ağasalı Xəlilzadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Xəlilzadənin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 21-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 1993-cü il təvəllüdlü A.Xəlilzadə tanışları – Müşfiq Qədirov və qardaşı Elxan Qədirovla kafedə çay içərkən mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı A.Xəlilzadə kafedən götürdüyü bıçaqla qardaşlardan birini bıçaqlayıb və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xəlilzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Xəlilzadə dostları arasında “Baboş” ləqəbi ilə tanınıb.