Afaq Bəşirqızı seçki ilə bağlı SON QƏRARINI verdi

580
Afaq Bəşirqızı seçki ilə bağlı SON QƏRARINI verdi

Afaq Bəşirqızının parlament seçkilərində iştirakı yenidən gündəmə gəlib.

Bir müddət əvvəl sənətkar saytımıza açıqlamasında seçkilərə qatılmasını istisna etməmişdi.

Xalq artisti məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında son qərarını açıqlayıb. Bildirib ki, fevralın 9-da keçiriləcək seçkilərdə iştirak etməyəcək: “Kim deyir ki, namizəd olacağam? Səhv məlumatdır. Seçkilərdə iştirak etməyəcəyəm”.

Xatırladaq ki, dekabrın əvvəlində sosial şəbəkələrdə Xalq artisti Afaq Bəşirqızının növbəti parlament seçkilərində iştirakı üçün kampaniya başladılmışdı. Belə ki, Xalq artisti Röya Ayxan, Elza Seyidcahan, məşhur qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva və bir çox şou -biznes nümayəndələri bu təşəbbüsə dəstək çıxmışdı. Həmçinin bir çox sosial şəbəkə istifadəçisi də Afaq Bəşirqızını deputa görmək istədiyini qeyd etmişdi.