“Faiq Ağayev məni səhnəyə buraxmırdı”

833

Müğənni Rəqsanə İsmayılova illər əvvəl Xalq artisti Faiq Ağayevlə yaşadığı qalmaqaldan danışıb.

“Ölkə.Az” xəbər verir ki, “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasında bu mövzuya toxunan sənətçi Ağayevin onunla eyni səhnəni bölüşməkdən imtina etdiyini bildirib:

“Bakıda toyda idik, məclisi də Faiq bəy idarə edirdi. Toyun bitməyinə bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır.

Ola bilsin ki, mənim haqqımda ona doğru olmayan şeylər demişdilər. Telefonla danışıb məsələni həll etdik. İndi onu çox istəyirəm”.