İstefa verən Sudan prezidenti həbs olundu

659

İstefa verən Sudan prezidenti həbs olundu

BİA.az Sudan ordusu ölkə Prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını və konstitusiyanın fəaliyyətinin dayandırıldığını rəsmi formada elan edib.

Məlumatı TASS yayıb.

Hərbçilər bildirib ki, onlar iki il Sudanda hakimyyətə nəzarət edəcəklər.

Onlar ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Ordu rəsmiləri hakimiyyətdən uzaqlaşdırdıqları Prezident Ömər əl-Bəşirin həbs olunduğunu deyiblər.