CHP-li bələdiyyə sədri FETÖ-yə görə həbs olundu

655

CHP-li bələdiyyə sədri FETÖ-yə görə həbs olundu

Cümhuriyyət Xalq Partiyasının (CHP) Urla bələdiyyə sədri İbrahim Burak Oğuz FETÖ-yə üzv olmaq cinayətindən həbs edilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Oğuzun FETÖ rəhbərləri ilə telefon danışıqları olduğu iddia edilib. Bildirilir ki, bələdiyyə sədri imamlarla danışıqlar aparıb.

İfadə vermək üçün polis bölməsinə çağrılan Oğuz həbs tələbi ilə növbətçi məhkəməyə göndərilib. Hakim qarşısına çıxan İbrahim Burak Oğuz “FETÖ silahlı terror təşkilatına üzv olmaq” cinayətindən həbs edilib.