Azərbaycanlı rejissorun filmi ABŞ-da mükafat qazandı – Fotolar + Video

870

Azərbaycanlı rejissorun filmi ABŞ-da mükafat qazandı

Azərbaycanlı rejissor Elmar Bayrmov ABŞ-d növbəti mükafata – “New York Cinematography Awards”a layiq görülüb. “Qafqazinfo” bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib. 

Belə ki, E. Bayramovun çəkdiyi “Let me run” macəra-döyüş filmi “Best USA Film” (“Ən yaxşı ABŞ filmi”) nominasiyasında qalib olub.

Daha əvvəl “Let me run” layihəsi “Los Angeles Cinematography Awards”da “Best Sound” və “Best Aerial Cinematography” nominasiyaları üzrə qalib olmuşdu. Bundan başqa, ekran işi noyabrda Torontoda keçirilən “Canadian & International Short Film Festival”da “Best Action/Adventure” nominasiyasında ən yaxşı olmuşdu.

“Let me run” filminin süjeti böyük auditoriya qarşısında motivasiya nitqi ilə çıxış etməyə hazılaşan Orxan adlı gənc oğlanın hekayəsi əsasında qurulub. O, zədə nəticəsində əlil olub, amma təslim olmayıb…

Ekran işinin rejissor və senari müəllifi Elmar Bayramov, prodüserləri Könül Kəngərli, Klara Brotons, Merkadal, Alan Qoldberq, Zeke Ramazan Qeysdir. Baş rolda Tural Manafov çəkilib.

Qeyd edək ki, E. Bayramov bir neçə il əvvəl Azərbaycandan ABŞ-da köçüb. O, orada rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi bir müddət əvvəl “Urban Action Showcase” festivalında “Döyüş” nominasiyasında ən yaxşı seçilmişdi. Onun son işlərindən biri Xalq artisti Aygün Kazımovanın “Ehtiyacım var” klipidir.