AFFA Şota Arveladzeni millimizə baş məşqçi gətirir? — AÇIQLAMA

779
AFFA Şota Arveladzeni millimizə baş məşqçi gətirir? — AÇIQLAMA

Tanınmış futbol məşqçisi Şota Arveladze Bakıya gəlib.
“Qafqazinfo” bildirir ki, o, ötən gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Düdelanj” matçını izləyib.

46 yaşlı mütəxəssisin Bakıya gəlməsi və qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovla birgə izləməsi Arveladzenin millimizin baş məşçisi postuna gətiriləcəyi dair iddiaları gücləndirib.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla yayılan iddiaları təkzib edib:

“Məşqçi kursu olanda digər ölkələrdən olan məşqçilər təcrübəyə gedirlər. Şota Arveladzenin səfərinin məqsədi də bu olub. Gürcüstandan gələn məşqçilərin bir hissəsi VİP-də, digərləri isə “Sky box”da əyləşmişdilər. Şota Arveladzenin millimizə baş məşqçi gətirilməsi məsələsi gündəmdə deyil”.

Qeyd edək ki, gürcü baş məşqçi 2017-ci ildən Özbəkistanın “Paxtakor” klubunu çalışdır. Onu da əlavə edək ki, AFFA müqavilə müddəti başa çatan Nikola Yurçeviçlə yeni sözləşmə imzalamayıb.