Avtomobil ehtiyyat hissələri alarkən diqqətli olun! – VİDEO

608

Avtomobil ehtiyyat hissələri alarkən diqqətli olun! - VİDEO

Sürücülər diqqətli olmalıdır

 

Hazırda avtomobil ehtiyyat hissələri bazarında orjinal detallar bir tərəfə firma məhsulları arasındakı qiymət fərqi də dəfələrlə çoxdur. Hətta fərqli firmalara məxsus eyni detal arasında 5-6 dəfə qiymət fərqi olur. Mütəxəssislər sürücüləri ehtiyyat hissəsi seçərkən həm qəzalardan uzaq olmaq, həm də qənaət etmək üçün diqqətli olmağa çağırır.

Eyni funksiyanı yerinə yetirən avtomobil hissələri arasında qiymət fərqi hətta bəzən 5-6 dəfə olur. Üstəlik bu detalların heç biri orginal olmur. Bu hal isə sürücüləri çaş baş salır. Kimi ucuz detalın keyfiyyətsizliyindən əziyyət çəkir,kimi də qısa müddətlik də olsa avtomobilini saz vəziyyətə gətirdiyi üçün sevinir.

Ehtiyyat hissələri satanların sözlərinə görə adətən ucuz detallar qısa müddətlik dövriyədə olan firmalara məxsus olur.Keyfiyyətli detalla ucuz detal arasında böyük qiymət fərqi olur. Qiymət qalxdıqca keyfiyyət və istifadə müddəti artır.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə hazırda bazarda yaxşı satılan ehtiyyat hissəsi firmalarının da saxtası olduğundan şirkətlərə güvənmək olmur. Buna görə sürücülər diqqətli olmalıdır.

Ustaların sözlərinə görə keyfiyyətsiz ehtiyyat hissəsi sürücünü yolda qoymaqla yanaşı qəzalara da səbəb ola bilər.Ona görə də sürücülər seçim edərkən diqqətli olmalıdır.