Döyüşdən sonra qarışıq hislər yaşayırdım.
“Ölkə.Az” bildirir ki, bu sözləri UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla aralarındakı döyüş barədə danışarkən deyib.
“Məni qalib elan edəndə soyunub-geyinmə otağında idim. 300 mühafizəçinin əhatəsində oturmuşdum.
Vladimir Putin zəng edib necə olduğumu soruşdu. Mən tribuna yaxınlığında 300 nəfərin əhatəsində oturduğumu dedim. Dedim ki, yəqin məni döyməyə toplaşıblar”, – idmançı bildirib.
Nurməhəmmədov həmçinin Makqreqorun 2019-cu ilin oktyabrında Moskvada keçirilən mətbuat konfransında revanşa ümid etdiyini söyləməsinin həqiqəti əks etdirmədiyini deyib:
“Onu 4 raund boğdum, döydüm. Axı o, özü bunun sona çatması üçün əlini vurdu. Düşünürəm ki, o, döyüş istəmir”.