Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin əmri ilə evsiz vətəndaşa mənzil verilib.
Bu barədə “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Baxşəliyeva bildirib.
Verilişə müraciət edən Sevinc adlı qadın övladları ilə birlikdə çox çətin şəraitdə yaşayırdı. İcra başçısının bu qərarından sonra Sevinc və övladları normal şəraitli bir evə qovuşacaq.
Xoşqədəm Baxşəliyeva icra başçısına bu addımına görə təşəkkür edib: “Sevincə iki otaqlı ev verildi. Xətai Rayon İcra Hakimiyyətinə, şəxsən rayon icra başcısı Rafiq Quliyevə təşəkkür edirik”.
Qeyd edək ki, Quluyev Rafiq Çəpərxan oğlu 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.
Prezident İlham Əliyev 12 noyabr tarixində Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq Rafiq Çəpərxan oğlu Quliyevi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.