“İlin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Deyək ki, səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində belə şeylər var”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyi-nin (BNA) mətbuat katibi Mais Ağayev “Hər şey daxil” verlişində deyib. BNA rəsmisinin bu açıqlamasından sonra ağıllara “Bakıda da pik saatlarda bu sistem tətbiq oluna bilər mi?” sualını gətirir. Mövzu ilə əlaqədar BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bunun istisna olunmadığını bildirdi:

“Hansı şəhərlərdə ki, avtobus ödənişləri kartla həyata keçirilir o şəhərlərdə belə bir sistem var. Bizim indi əsas məqsədimiz kartlaşdırma sistemini ilin sonuna kimi yekunlaşdırmaqdır. Kart sistemi tam təmin olunduqdan sonra bu kimi məsələlərə baxılacaq. Amma deyə bilərəm ki, bu hal istisna olunmur. Məsələn, siz saat 9-da evdən çıxıb işə gedirsiniz, amma digər qrup insanlar isə həmin saatda evdən çıxıb anasıgilə gedir. Düşünürəm ki, bu sərnişin axınının idarə olunmasında köməkçi olacaq. Ona görə bu kimi halların qarşısını almaq üçün elə bir sistem tətbiq olunada bilər olunmayada”.
M.Ağayev eyni zamanda bir aylıq ödəmə sistemi məsələsinə də aydınlıq gətirib: “Məsələn, bu gün hər kəs deyir ki, niyə BakıKart terminalı yoxdur? Bizdə onun təhlili zamanı baxırıq ki, bir adam gün ərzində 27 dəfə ödəniş edir. Bu da həmin adamın çox zamanını alır. Mən bildiyim qədəri ilə Türkiyədə bu təcrübə olmalıdır. Yəni, bir dəfəlik 1 aylıq ödəniş etdikdə əlavə bonuslar gəlir və güzəştlər olunur. Bütün bunların hamısı rahatçılıq üçündür. Amma təbbi ki, bu məsələlər kartlaşdırılma sistemindən sonra düşünülə bilər. Mütləq demirəm ki, bu məsələ 100% həyata keçəcək. Kartlaşdırılma sistemindən sonra bu barədə düşünüləcək və uyğun olsa tətbiq olunacaq”.
BNA rəsmisi KİV-də mövzu ilə əlaqədar yazılan konkret başlıqlara da münasibət bildirdi: “Bu sistem hələ dəqiqləşdirilməyib. Bəzi saytlar harda nə eşitdi, onu da yazır