Romada bu hadisəyə görə at arabaları qadağan oluna bilər – VİDEO

892

Romada (İtaliya) heyvan müdafiəçiləri at arabalarını qadağan etməyi tələb edirlər.

Independent” xəbər verir ki, buna səbəb qalmaqallı video olub.

Şəhər küçələrində at sürüşərək yıxılıb, yiyəsi isə veterinar çağırmadan atı qaldırıb və yoluna davam edib.

Heyvan müdafiəçiləri Roma meri Virciniyo Raciyə müraciət edərək at arabalarını qadağan etməyi tələb ediblər. Şəhər başçısı etirazçıları sakitləşdirməyə cəhd edib. O bildirib ki, bu növ fəaliyyətə daha lisenziya verilməyəcək.