Vətənə və xalqa xidmət nümunəsi

1146

Vətənə və xalqa xidmət nümunəsi

 

 

 

 

 

Ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış edərək, Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi, firavanlığı, sülh və əmin-amanlığın müdafiəsinə töhfələrini verən Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva, qısa bir zamanda, fəaliyyəti ilə dünyada tanındı, Azərbaycanı tanıtdı. Azərbaycan üçün gördüyü işlər yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda, əhəmiyyət kəsb etdi. Ölkəmizin milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində fondun həyata keçirdiyi işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələlərlə bağlıdır.

Heydər Əliyev Fondunun bu günə qədər həyata keçirdiyi irimiqyaslı layihələrin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlib. Müxtəlif yaşda olan insanlara qayğı fondun əsas fəaliyyət istiqamətini təşkil edir. “Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə, müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır”,- deyir Mehriban xanım Əliyeva. Görülən işlər Mehriban xanım Əliyevanın mənəvi tələbatından irəli gəlir. İnsanlara yadım etmək, kimsəsizə əl tutmaq prinsipi ilə yaşayan Mehriban xanım Əliyeva respublikanın işıqlı gələcəyi üçün böyük işlər görür. “Dünyada nəyi dəyişmək istərdiniz?” sualına “Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyim, ən yaxşı olmaq maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır”, – deyə cavab verir. Fəaliyyəti ilə mərhəmətini, sadəliyini, insanlara sevgisini ifadə edən Mehriban Əliyeva “İstərdim ki, mərhəmətlilik insanlara, peşə fəaliyyətindən asılı olmayaraq, xas olsun”, – deməklə istənilən bir insanın ən ali keyfiyyətləri sırasında mərhəmətin olmasını arzulayır.

Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində, böyük uğurlara səbəb oldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycan Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.

Dinlər və mədəniyyətlərarasi dialoqun parlaq nümunələri tarixə yazilib.

Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.

Tarix elə duhalar yetişdirib ki, onların nəinki təmsil etdiyi xalqın taleyində, eləcə də bütün dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Mehriban xanım Əliyeva belə ədalətli xidməti ilə Azərbaycançılıq məfkurəsi ilə döyünən ürəyinin səsi ilə böyük işləri ilə bütün dünyada tanınır. Hörmətli Mehriban xanım ad gününüz mübarək.

Mehdizadə Eldar Qaffar oğlu

“Sumqayıt Nəqliyyat-1” MMC-nin qaraj rəisi

 

 

 

 

 

 

 

Hazırladı: “Məxfi Fikir” qəzeti və “Bia.az” informasiya agentliyinin rəhbəri Ruslan Həsənov Şamməd oğlu

Tel.: 050-244-48-19; 050-299-78-84; 070-200-33-85