Qida məhsulları bahalaşdı – Gürcüstanda3

812

BİA.az Ötən ay Gürcüstanda 1% inflyasiya qeydə alınıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 4,3% təşkil edib.

İyun ayında qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,9%, tərəvəzlərin qiyməti 27,9%, meyvə və üzümün qiyməti isə 5,8% ucuzlaşıb.

Qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 1,3%, süd, pendir və yumurtanın qiyməti isə 0,7% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 6,5%, alkoqollu içkilər və tütünün qiyməti 20,1%, nəqliyyat xərcləri 3,2%, səhiyyə xərcləri isə 2,9% artıb.