Ev Səhiyyə Dişlərin tez çürüməsinə səbəb olan 10 qida – SİYAHI

Dişlərin tez çürüməsinə səbəb olan 10 qida – SİYAHI

896

BİA.az Gözəl təbəssüm üçün sağlam dişlər vacibdir. Lakin bəzən dişlərimizin qeydinə qala bilmirik. Nəticədə isə çürüklər meydana gəlir. Buna səbəb isə bilavasitə yediyimiz qidalardır. Medicina.az mövzu ilə bağlı maraqlı faktları təqdim edir.

Ağ çörək

Tüpürcəkdə olan Amilaza – həzm fermenti karbohidratları şəkərə çevirir. Nişastanı və digər karbohidratları parçalayır. Tüpürcək vəzləri və mədəaltı vəzidə sintez olunur. Lakin şəkəri zərərli edən ünsür ağızdakı bakteriyaların şəkəri yeməsi və turşu ortaya çıxarmasıdır. Əgər ağızda heç bir plak yoxdursa, şəkəri turşuya çevirəcək və diş çürüyü yaranmasının qarşısı alınacaq.

Siqaret

Diş və diş ətlərinə zərər verir, ağız qoxusuna səbəb olur.

Spirtli içkilər

Tüpürcək ağızda yarana biləcək plakın və turşunun təsirini azalda bilən ilk qoruyucumuzdur. Buna görə də ağız quruluğuna səbəb olan hər şey dişlərə zərərlidir. Alkoqol da ağız boşluğunda quruluq yaradır. Diş sağlamlığınızı qorumaq istəyirsinizsə, alkoqoldan uzaq durun.

Kola

Ən zərərli içkilərdən hesab olunur. Çünki tərkibində həm fosfat turşusu, həm də limon turşusu var.

Yapışqan qidalar (lokum, jeli bon və s.)

Şirniyyatdan daha zərərlidir. Çünki tərkibində daha çox şəkər var və limon turşusu ehtiva edir.

Meyvə şirələri

PH səviyyəsi 7-dən aşağı olan qidalar dişlərə ziyandır. Meyvə sularında PH I 2,5 olduğu üçün meyvə suları dişlər üçün ziyanlı hesab olunur.

Limon

PH səviyyəsi 2 olduğuna görə dişlərə ziyandır

Erneji içkiləri

Sitrik asit ve şəkər ehtiva etdiyi üçün zərərlidir.

Quru meyvə

Quru meyvələr karbohidrat ehtiva edir. Eyni zamanda quru meyvələr yapışqanlığına görə ağız boşluğunda daha uzun müddət qalır. Davamlı meyvə yeyib dişlərinizi fırçalamasanız, dişlərinizin çürüməsi daha sürətli gedəcək.