Azərbaycanda 65 bələdiyyə sədrinin işi məhkəməyə GÖNDƏRİLDİ

666

BİA.az Azərbaycanda pozuntulara yol verən 65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib. 

Bu barədə Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Yığıncaqda bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar cari ildə nazirlik tərəfindən bələdiyyələrə metodiki köməkliyin göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər qeyd olunub.

Toplantıda 38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materialların isə prokurorluğa göndərildiyi bildirilib.

Eyni zamanda görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2800 hektar torpaq sahəsi geri qaytarılıb.