Hitlerə ağır diaqnoz qoyan yəhudi həkimin ACI TALEYİ

746

BİA.az 1932-ci ildə Adolf Hitlerə psixiatrik müayinədən keçmək lazım gəlir. Dəvət olunan mütəxəssis bir neçə gün Hitleri müayinə etdikdən sonra çox cəsarətli diaqnoz qoyur – psixopatiya.

Bununla gələcək fürerin ən qatı düşmənlərindən birinə çevrlir. Ölkəsindən SSRİ-yə qaçmalı olur.

Kronfeld adlı bu həkimin atası yəhudi, anası isə alman idi.

Qəribəsi odur ki, Rusiyada yaşadığı dövrdə şöhrəti dünyaya yayılan həkimin növbəti xəstələri siyahısında İosif Stalin, hətta Lev Trotskinin qızı Zinaida Trotskaya da olur.

1941-ci ildə faşist qoşunları Moskvaya girəndə məşhur psixiatr arvadı ilə birgə ölümcül dozada “Veronal” dərmanı qəbul edir. Hər ikisi dünyadan köçürlər.

Xatırladaq ki, bu fakt haqda məlumata çox az mənbələrdə rast gəlinir. (publika.az)