Zakir Fərəcov Almaniyada “şəhər günü” tədbirlərində iştirak edib – FOTO

589

BİA.az Almaniyanın Lüdviqshafen şəhərində 27-30 iyun tarixlərində silsilə “şəhər günü” tədbirləri təşkil edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti də bu tədbirlərdə iştirak edib. Z.Fərəcov şəhər günü münasibəti ilə təşkil olunmuş yarışlarda qaliblərin mükafatlandırılması mərasimində iştirak edib, qaliblərə mükafat təqdim edib.

Z. Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb. 2017-ci ildə  Lüdviqshafenin Sumqayıt şəhəri ilə qardaşlaşmasının 40 ili tamam olub, bu münasibətlə Sumqayıt şəhərində təntənəli yubiley tədbirləri təşkil edilib.