Rusiya 15 ton pomidoru Azərbaycana QAYTARDI

598

BİA.az “Azərbaycan istehsalı olan 15,5 ton pomidor yükləri Rusiyanın Dağıstan vilayətinə idxalına icazə verilməyib”.

Bu barədə qərarı Rusiyanın Dağıstan vilayətinin Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti verib.

Məlumata görə, federal xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edib.

“Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi”, – məlumatda bildirilir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.