Tramp İrandan neft idxalını tam dayandırmaq istəyir

751

BİA.az ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Baş naziri Sinzo Abe ilə görüşü olub.

Tərəflər İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirləri müzakirə ediblər.

ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagerti agentliyə bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ Evdə Prezident Donald Trampla təkbətək danışıqlar aparıb.