Poroşenko məğlubiyyətini etiraf etdi

673

BİA.az Ukraynanın hazırkı prezidenti Petro Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenskiyə üç dəfə az seçici səsi hesabı ilə uduzduğunu etiraf edib.

O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenko öz komandasını heç vaxt təslim olmamağa çağırıb.

“Əziz komanda üzvləri, əziz həmyerlilər, KİV əməkdaşları, heç vaxt təslim olmayın. Heç vaxt, heç vaxt, heç vaxt… Nə çoxluqda təslim olun, nə azlıqda…”, – deyə o əlavə edib. Siyasətçi bildirib ki, bu sözlər ötən əsrin məşhur siyasətçisi, Britaniyanın sabiq baş naziri Uinston Çerçilə aiddir.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb. Milli “exit poll”un nəticələrinə əsasən, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. O, 73,2 faiz seçici səsi toplayıb, hazırkı prezident Petro Poroşenko isə 25,3 faiz səs toplayıb.