BİA.az Mingəçevir sakini sahibi olduğu marketdə ölüb.
Hadisə Heydər Əliyev prospektində yerləşən marketlərdən birində baş verib.
Belə ki, 1952-ci il təvəllüdlü şəhər sakini Arif Fələk oğlu Əliyevin qəfil halı pisləşib, huşunu itirib və marketdə ölüb.
Qəfil ölümün səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.