Mənəviyyatımız hara sürüklənir? – insan alveri, yoxsa kafe?

532

Mənəviyyatımız hara sürüklənir? – insan alveri, yoxsa kafe?

Görəsən bu bahalı maşının və ecazkar nömrəni Rəsul bəy hansı pulla alıb? Yəqin ki, qızların hesabına…!

Əxlaqsız əməllərin intensiv xarakter aldığı kafelərdən biri də paytaxtın ən tanınmış prospektlərindən biri Sumqayıt-Quba yolunda yerləşir.

Narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, yoluxucu xəstəliklərə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur. Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm Sumqayıtda fəaliyyət göstərən bəzi obyektlərdə yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər.

Redaksiyamıza mənbədən daxil olan məlumata əsasən H.Z.Tağıyev qəsəbəsində yerləşən “QIZLAR BULAĞI” kafe adı altında Vasif və Rəsul adlı şəxslər insan alveri ilə məşğul olduğunu aşkarladıq. Azərbaycanlıya xas olmayan, milli mentalitetimizə zidd olan hərəkətlərlə, yəni qadın alveri ilə məşğul olmağının şahidi olduq. Bu adamlar kafeləri kirayə götürüb əxlaqsız yuvası işlədir. Adı kimi də bu məkanda əxlaqsız qızlar bulağ kimi qaynayırlar.

Bu şəxslərə himayədarlıq edən məmur kimdir?  Hüquq-mühafizə orqanları buna niyə göz yumurlar?

Vasif və Rəsul adlı şəxslər işlətdiyi obyektləri xəstəliklər mənbəyinə çevirib. İlk əvvəl bu yerdə fəaliyyət göstərən insanlardan müsahibə aldım. Bildirdilər ki, adıçəkilən kafe hamını boğaza yığıb. Vəziyyət o həddə çatıb ki, küçədə və sair yerlərdə əxlaqsızlarla üzbəüz gəlirlər. Artıq rüsvay olduqlarını bildirirlər. Adı çəkilən kafenin yanından belə keçə bilmirlər, əxlaqsız hərəkətlərlə məşğul olurlar.

Polis İdarəsi bu kafe haqqında niyə ölçü götürmür?

Burada yaşayan sakinlər deyirlər ki, bu biabırçılıqla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, səslərinə səs verən yoxdur. Heç kim bu məsələyə müdaxilə edib bu biabırçılığı aradan qaldıra bilmir. Çox qəribədir polis bu məkana gəlsə də amma neqativ hallar, əxlaqsızlıq hələ də davam edir. Belə aydın olur ki, polis “haqq” alıb bu kafeyə bu cür əməllərin yayılmasına şərait yaradır.  Vətəndaşlar redaksiyamız vasitəsi ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edib bildirirlər ki, bu kafe barəsində ciddi ölçü götürüb, insan alverinin qarşısı alınsın.

Kafenin işlədən Vasif və Rəsul adlı bu adamlar heç kimdən və heç nədən qorxmadığını deyir.

Bu məkanı işlədənlərə bildirmək istəyirik ki, qanuni dövlətdə yaşayırıq. Qanun hər kəsdən üstündür. Daha ətraflı videosujetdə öz əksini tapmışdır.

 

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

P.S. Bu məkan haqqında daha şok faktlarla (FOTO/VİDEO) sizi bir azdan tanış edəcəyik.

 

Bizi izləyin…