MƏNƏVİYYAT ZİRVƏSİNDƏ – Elşən Hümbət oğlu Mustafayev

653

MƏNƏVİYYAT ZİRVƏSİNDƏ –  Elşən Hümbət oğlu Mustafayev

Respublika Narkoloji Mərkəzində sağlamlığın keşiyində dayananlar arasında Rühəngiz Bəşirova kimi şəfalı əlli, şirin dilli həkimlər çoxdur.

Müsahibim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktoru  Elşən Hümbət oğlu Mustafayev. Xəstəxananın direktoru Elşən Mustafayev bacarıqlı insan, savadlı həkim olmaqla yanaşı, həm də təcrübəli rəhbərdir. Bütün fəaliyyəti dövründə Elşən müəllim öz nümunəvi xidməti ilə Azərbaycan səhiyyəsinin inkişafına sərf etmişdir.

Respublika Narkoloji Mərkəzinə baş direktor təyin olunduğu andan, burada xeyli uğurlu dəyişikliklər baş vermişdir. Belə ki, xəstələrə burada xüsusi diqqət və qayğı göstərilir. Respublika Narkoloji Mərkəzinə müraciət edən xəstələr xəstəxana rəhbərliyindən, həkim kollektivindən öz məmnunluqlarını ifadə edirlər. Xəstələrə göstərilən bu xüsusi qayğı və nəvazişin, nümunəvi xidmətləri, əldə olunan uğur və nailiyyətlərin qazanılmasında Elşən müəllimin təbii ki, əməyi böyükdür. İnsan sağlamlığının keşiyində dayanmaq, insanlara salamlıq bəxş etmək müqəddəs peşədir.

Elşən Mustafayev Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin başçılığı ilə 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində də danılmaz xidmətləri olmuşdur. Elşən müəllim daima dövlət və dövlətçiliyin mənafeyini öz maraqlarından üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyib və davam etməkdədir. Rəhbərliyin qarşısında etimadını həmişə doğruldan həkimlərdəndir. Elşən Mustafayev həmişə şəhid ailələri, vətən müharibəsi əlilləri və kimsəsiz ahılları diqqətdə saxlayaraq onların müayinə və müalicəsini şəxsən öz nəzarətinə götürmüşdür.

Bu müqəddəs peşələrdə media nümayəndələri olaraq Respublika Narkoloji Mərkəzinə baş direktoru  Elşən Mustafayev gələcək fəaliyyətində sonsuz uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Ağ xalatlı vətənpərvər həkimimizi heç vaxt ağ xalatınız qara ləkə götürməsin. Qarşıdan gələn hər bir günüz xoş və firavan keçməsini arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor