Xeyirxah əməlləri ilə seçilən sahibkar – Gəncə şəhər “İMPERİAL” Şadlıq sarayının rəhbəri Rövşən Məmmədov

254

Xeyirxah əməlləri ilə seçilən sahibkarGəncə şəhər “İMPERİAL” Şadlıq sarayının rəhbəri Rövşən Məmmədov

 

Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək – xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar.

İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.

Belə xeyriyyəçi sahibkarlarımızdan biri də Gəncə şəhər “İMPERİAL” Şadlıq sarayının rəhbəri Rövşən Məmmədovdur.

Sahibkar olan insan, neytiral olmalıdır. Heç bir siyasətə, dövlətin işinə qarışmamalıdır. Sahibkar olaraq yalnız arzulamalıdır ki, nələrisə qursun, yaratsın. İşçi sayını artırsın. Mənim düşüncəmə görə əsl sahibkar pulu hesablamamalıdır. Əsl sahibkar pul haqqında düşünməməlidir. Sadəcə işinin genişləndirilməsi, perspektivi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin funksiyası və ən əsası da yüksək mütəxəssis olan işçilərinin sayının artırılmasına çalışmalıdır. Sahibkarlıq ən böyük ibadətdir. Çünki sahibkar öz işçilərinə yaxşı əmək haqqı verirsə, onun işçilərinin ailə üzvləri yaxşı yaşayırsa, bax, bu elə ibadətdir. Sahibkar halal zəhmətlə qazanan, rəqabətdən qorxmayan insan olmalıdır. Həm də sahibkarda paxıllıq hissi olmamalıdır.

Rövşən müəllim layihələr təchizatında Azərbaycan sahibkarlığının lideridir. Sahibkarlıqda Azərbaycan mətbəxi və Avropa mətbəxi ilə və keyfiyyət baxımında həmişə öndədir. Rövşən müəllim Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. 44 günlük ədalət-haqq savaşında Rövşən Məmmədov xalq-ordu, xalq-ordu birliyinə dəstək olaraq hərbiçilərimizə maddi və mənəvi dəstəyini göstərmişdir. Rövşən müəllimin həmişə şəhid ailələrinə, müharibə veteranlarının övladlarına, kimsəsiz və maddi imkanı aşağı olan ailələrə təmənnasız dərs və məktəb ləvazimatları ilə təmin etmişdir.

Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlar və digər imkanlı insanlar arasında xeyriyyəçilərin sayı getdikcə artır və Rövşən müəllim məhz belə xeyriyyəçi sahibkarlardandır.

Biz də redaksiyamız adından Rövşən Məmmədova gördüyü xeyriyyə işlərində həmişə uğur, qalibiyyət və zəfər qazansın. Gələcək hər bir gününüz xeyirli olsun.

 

 

Şahmar Zərdabi

Baş redaktor