ƏSL ZİYALILIQ XEYİRXAHLIQDIR

342

ƏSL ZİYALILIQ XEYİRXAHLIQDIR

“Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov haqqında yazılan neqativ yazılar dərc edilməkdə davam edir.
Doğrusu, mən bir yazar olaraq hər zaman jurnalist həmkarlarımın fikirlərinə hörmətlə yanaşmışam. Hər zaman obyektiv olan,haqqın yanında olan jurnalistləri mən də bir yazar olaraq dəstəkləmişəm.
Unutmamalıyıq ki,dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz yarandı, ardınca inam.Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.
Bugünkü dövrümüzü jurnalistsiz təsəvvür etmək çətindir.Jurnalistlər ictimai həyatın bütün sahələrini əhatə edən informasiya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistin iş prinsipi, vəzifəsi xəbər və məlumat qaynaqlarına tez çatmaq və əldə etdiyi bütün məlumatları dəqiq və qərəzsiz olaraq oxucuların nəzərinə çatdırmaq və bununla da biz jurnalistlərin hər zaman haqqın və haqqı olanın yanında olduğumuzu birmənalı şəkildə göstərməkdir.
Əlbəttə ki, qarşı tərəfin mövqeyi də dinlənilmək şərtilə…
Açıq fikirli, dürüst olmaq, pis, mənasız və yalan fikirlərdən uzaq qaçmaq jurnalistikanın əsas şərtidir.
Bəli, jurnalist hər zaman haqqın və haqqı olanın sözünü deməlidir:
_ Dəqiq və qərəzsiz.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir.Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilində olan səlahiyyətli şəxslərə çatdırır.
Hər zaman olduğu kimi bu gün də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan siyasətə dəstək olacaq, bu siyasətə
kölgə salan, maneçilik törədən məmur elitasına qarşı barışmaz mübarizə aparacaq, hansı sahədə olursa-olsun yerlərdə incidilən insanlarımıza arxa duracaq, hər bir şikayətçinin sözünü ölkə başçısına çatdıra biləcək bir mətbu orqan olaraq sözümü deyəcəyəm.
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir. Lakin bəzən yerlərdə elə məmurlar, elə üzdəniraq rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir, bürokratik əngəllər əmələ gətirir.
Lakin təəssüflər olsun ki,son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara da rast gəlirik.Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki,bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil. Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi özümə mənəvi borc bildim.
Doğrusu, bu gün haqqında sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan,hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
O insanı siz də tanıyırsınız dəyərli Beynəlxalq İnformasiya Agentliyi.az oxucuları.
Biz bir mətbu orqanı olaraq hər əlamətdar günlərdə bu dəyərli insan haqqında səhifələrimizdə yer ayırmışıq.Axı,nə üçün yaxşıları tanıtdırmayaq?!Mənim fikrimcə, bu dünyanı gözəllik deyil, xeyirxahlıq xilas edə bilər. Bu gün narahat dünyamızın xeyirxah,mərd insanlara ehtiyacı böyükdür.Elə yazımın əsas qəhrəmanı “Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov kimi…
Bilmirəm,nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm.Ancaq nə yaxşı ki,yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
_Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki,bu dünyada yaxşılıq edin ki,o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın,cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan,behiştdən uzaq,cəhənnəmə yaxındır.Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
İnsanlara daim yaxşılıq edən bir insan haqqında yazılan neqativ yazılara fikir bildirmək məsuliyyətini öz üzərimə götürməkdə məqsədim bu dəyərli insanın xeyirxah əməlləri haqqında hər kəsi məlumatlandırmaqdı. O insandan ki,amalı,məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən,çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Öz xeyirxah əməlləri, humanistliyi ilə insanların qəlbində özünə yer tutan,sözü, əməli fikri xeyirlə yoğrulmuş insan “Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov
vətəninə,xalqına, torpağına bağlı olan,ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Seymur Məmmədovun sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı,naqisliyi,nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz,qanlar axıdılmaz, ölkələr viran,uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Seymur müəllim.Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri,qurub yaratdıqları,nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. “Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti,xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Seymur müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyini əsirgəməyən, hər bir kəsə öz doğma insanı kimi dəyər verən Seymur müəllim onların hər birinə ata qayğısı ilə yanaşır, səmimi rəftar edir. Seymur Məmmədovun sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür.İllər keçib, zaman dəyişsə də Seymur müəllim dəyişməz qalır. Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır.Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə,insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Seymur müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir. Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından “Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədovu qarşıdan gələn 8 Noyabr Zəfər günü münasibətilə ürəkdən təbrik edir, Uca Tanrıdan cansağlığı, uzun ömür, ailə səadəti diləyir, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.
Bir daha Zəfər bayramınız mübarək, Seymur müəllim.