AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR…

275

AD İNSANI BƏZƏMƏZ, İNSAN ADI BƏZƏYƏR…

Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və edilməkdə davam edir. İslamda, Məhəmməd, Allahın son Peyğəmbəri olub.

Məhəmməd adını “Seçilmiş”lər, “Bəyənilmiş”lər daşıya bilər.Və mənim düşüncəmlə Məhəmməd adı müqəddəs ad olmaqla bərabər sevilən,hörmət edilən addır.

Atalarımızın bir misalı var:

Ad insanı bəzəməz, insan adı bəzəyər. Yazımın əsas qəhrəmanı, müqəddəs adın daşıyıcısı olan Məhəmməd müəllim mən deyərdim ki,daşıdığı adın müqəddəsliyini qoruyub saxlayan, adı ilə əməlləri eynilik təşkil edən bəyənilmiş,sevilib,seçilən,,tərif edilən bir insandır.

Bəli, dəyərli Beynəlxalq İnformasiya Agentliyi.az saytının dəyərli oxucuları,düz eşitdiniz.Yəni adının mənasından göründüyü kimi Məhəmməd müəllim hərtərəfli hörmətəlayiq bir insandır desəm,Allaha da xoş gedər,onu tanıyan,sevən, məsləhətlərindən,xeyirxah əməllərindən yararlanan bəndələrinə də…

Azərbaycan Respublikası- millətinin fədaisi olan, onun tərəqqisi, firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir. Birini də xatırlatmaq yerinə düşər: XX əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə – kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış…

Mən hər zaman ruhən, mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram.Amma çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hələ də insanların, cəmiyyətin, dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var. Dünyamıza torpaq, ərazi iddialarından çox mərhəmət lazımdır, özü də hava, su kimi.

Nə yaxşı, hələ də narahat dünyamızda belə insanlar az da olsa var! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda, dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük  ürəyi ilə insanların qəlbini fəth etməkdədir. Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir. Bəli, budur əsil qəhrəmanlıq!

Bu gün sizə haqqında bəhs edəcəyim insan da yuxusu qaçan dünyamızın, daim qorxu, səksəkə içində olan zəmanəmizin əsil qəhrəmanlarındandır.

O, el ağsaqqalıdır. Onun ən böyük arzusu insanların rahat, firavan yaşayışı, əmin-

amanlığıdır. Onun üçün insan amili  hər şeydən öndədir. O, Böyük  Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən, bu cür düşünən insandan  isə pislik gözlənilməz…

O, qürur duyulası, yüksək mənəviyyatı ilə seçilən dəyərli el ağsaqqalıdır. O evdə ki, böyük, ağsaqqal nəfəsi var, o evdə xeyir-bərəkət,firavanlıq var. O eldə ki,ağsaqqal nəsihəti var, o eldə hörmət, ehtiram, bir-birinə inam, etibar var.

Bəli, ağsaqqala hörmət  bizim hər birimizin mənəvi borcumuzdur. Böyük  sözündən çıxan böyüyün üzünə ağ olan xeyir tapmaz, deyib, ata-babalarımız.

Bu gün mən sizə haqqında söz açacağım insanı böyükdən -kiçiyə hamı yaxşı tanıyır, ona böyük hörmət  və ehtiramla yanaşır. Bütün ömrünü zəhmətə bağlayan, çalışmaqdan yorulmayan dəyərli ağsaqqalımız Ağdaş Tikinti Materialları Mağazasının sahibkarı Məhəmməd Əliyevdir.

Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki, Allah-dünyasından yox, axirətindən pay ayırır. Məhəmməd Əliyev də məhz belə insanlardandır, desək, yanılmarıq.

Xeyirxah, alicənab, əsil vətənpərvər insandır  Məhəmməd müəllim.

O, insanlara həm mənəvi, həm də maddi dayaqdır. Uşaqla uşaq, böyüklə böyükdür. Onun saysız –hesabsız xeyirxahlıqları onu tanıyan insanlar  tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalırlar.

Insanlara dayaq olmaq Tanrı buyruğudur.Məhəmməd Əliyev Tanrı səltənətinə ucalmış bir insan olmaqla bərabər, həm də doğulub boya-başa çatdığı el-obası üçün əzizdir.

Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və  təmkinlidir, əsil iman əhlidir, adı ilə sözü və əməli bir olan insandır.

Mən də bu deyilənləri öz qələmimlə təsdiqləyir, hörmətli el ağsaqqalımıza, xeyirxah əməl sahibinə sağlıqlı uzun ömür diləyir, işində bol-bol nailiyyətlər   arzulayıram.

Daima sevilib,seçilənlərdən olasız, Məhəmməd müəllim.