XOŞ RƏFTARI, DİQQƏT VƏ DAVRANIŞI İLƏ QƏLBLƏRƏ MƏLHƏM OLAN ZİYALI HƏKİM- SUDEİF İMAMVERDİYEV

649

Arxalıya arxa durma deməsinlər yamaqdı,
Arxalıya arxa dur ki,
desinlər ki,dayaqdı.
Yazıma Azərbaycanın görkəmli ilk xalq şairi Səməd Vurğunun belə bir dəyərli aforizmi ilə başlamağım heç də təsadüfi deyil.
Müdrik bir kəlamda deyildiyi kimi insan dünyaya gələrkən onun ruhu və zəkası bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır.Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk.
Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu işıqalandırmaq, xayirxah əməllərini,şəfalı əllərindən bəhrələnən posientlərinin xeyir-duasını qələmə almaq kimi arzumu reallaşdırmaq məqsədilə yola çıxdım.
Haqqında qələmə alacağım insan da arxasıza dayaq duran, sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, əsil ziyalı ömrü, şərəfli həkim ömrü yaşayan Sudeif Bəşir oğlu İmamverdiyevdir.
Gəlin, bu dəyərli insanın,əlləri şəfalı həkimin keçdiyi ömür yoluna səyahət edək:
Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur “91”-lər sırasında olan, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) Sudeif Bəşir oğlu İmamverdiyev 2 iyul 1938-ci ildə Azərbaycan Respublikasının Astara şəhərində anadan olmuşdur.
İmamverdiyev Sudeif Bəşir oğlu Astara orta məktəbin rus bölməsini bitirib. 1956-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir.İnstitutu bitirəndən sonra Sovet ordusunda Qorki (Nijniy Novqorod, Rusiya) şəhərində hərbi xəstəxanada leytenant rütbəsində cərrah kimi xidmət edir.O, ordudan təxris olaraq 1963-cü ilin dekabrından 1965-ci ilin dekabrına qədər profesor M.C. Cavadzadənin rəhbərliyi ilə Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (Bakı şəhəri) uroloji şöbəsində ordinator vəzifəsində işləyir. 1965-ci ilin dekabrında İmamverdiyev Sudeif Bəşir oğlu Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (AHTİ) Urologiya kafedrasına assistent vəzifəsinə seçilir. 1968-ci ildə Tibb üzrə fəlsəfə doktoru dissertasiyasını akademik M.C.Cavadzadənin rəhbərliyi ilə uğurla müdafiə edir. Dissertasiyanın mövzusu: “Sidik kisəsinin, prostat vəzinin və xarici tənasül üzvlərinin şişlərində limfoqrafiya və sümük daxili çanaq fleboqrafiyası”olmuşdu.O, 1971-ci ilin iyun ayında Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (AHTİ)-nun cərraho xəstəliklər kafedrasına öz xahişi ilə keçir və 1972-ci ilin sentyabrında Elmi Şuranın qərarına əsasən doktorluq dissertasiya işini davam etmək üçün Moskva şəhərinə Ümumittifaq Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutuna ezam olunur.İmamverdiyev Sudeif Bəşir oğlu 1974-cü ilin dekabrında, 36 yaşında həmin institutda Tibb üzrə Doktorluq dissertasiyasını uğurla müdafiə edir. (elmi rəhbərləri SSRİ Elmlər Akademiyasının Akademiki,Sosialist Əməyi Qəhrəmanı Boris Petrovskiy və SSRİ Dövlət Mükafatı Laureatı professor Marat Knyazev).Dissertasiya işinin mövzusu “Hər iki böyrək arteriyası xəstəliyində Vazorenal Kipertoniyanın cərrahi müalicəsi”olur.İmamverdiyev Sudeif Bəşir oğlu Bakıya 1975-ci ilin yanvarında qayıdaraq Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun-nin Cərrahi Xəstəliklər Kafedrasında assistent vəzifəsində işini davam edir və Azərbaycan Tibb İnstitutunda “Urologiya”kafedrasının açılması üçün səylər göstərir, buna 1975-ci ilin mart ayında nail olur. O, 1976-cı ilin sentyabrında Azərbaycan Tibb İnstitunun Urologiya kafedrasının dossenti vəzifəsinə qəbul olunur. 1977-ci ildə kafedranın professoru seçilir, 1990-cı ildən bu günə qədər kafedranın müdiri vəzifəsində çalışır.Tanınmış alim və ictimai xadim,fitri cərrahi istedadı, əməksevərliyi, işgüzarlığı ilə fərqlənən Sudeif İmamverdiyev fəaliyyəti dövründə ölkəmizdə ona qədər tətbiq olunmayan müayinə və müalicə üsullarını həyata keçirmiş, yeni cərrahi metodlar təklif etmiş və onları təkmilləşdirmiş, öz elmi məktəbini yaratmışdır.Hələ, 1964-cü ildə Azərbaycanda ilk olaraq limfoqrafiyanı o, həyata keçirir. Bundan ötrü 2 forma mexaniki inyektor təklif edir. Sümükdaxili çanaq ffleboqrafiyasını limfoqrafiya ilə birlikdə geniş tətbiq edərək uğur əldə edir. O dövrdə bu müayinələr uroonkoloji xəstələrin diaqnostika və müalicəsi üçün böyük əhəmiyyət kəsb edirdi. 1968-ci ildən başlayaraq o böyrəkdamar, böyrəküstü vəz mənşəli hipertoniyanın diaqnostika və müalicəsi ilə məşğul olur. Bundan ötrü o, damar müayinələrini (aortoqrafiya,venakavaqrafiya, pnevmoretroperitoneumu) geniş tətbiq edir.Bu işlərin nəticəsi olaraq böyrəküstü vəzlərdə əməliyyatlar, 1970-ci ildə isə böyrək arteriyalarında rekonstruktiv operasiyalar Azərbaycanda ilk olaraq tətbiq olunur. Bu saırada ən ağır əməliyyat olan aortanın aşağı döş,yuxarı qarın hissəsinin aortaarteritə görə yaranmış anevrizma, sağ böyrək arteriyasının trombozu, sol böyrək arteriyasının kəskin stenozu və ona görə ağır hipertoniyası olan 28 yaşlı qadında sol böyrək arteriyasının ekstrakorporal rezeksiyası və böyrəyin autotransplantasiyasını uğurla 1979-cu ildə həyata keçirir. Belə əməliyyatların dünya cərrahi praktikasında ən nadir operasiyalar sırasında olması məlum faktdır.
1977-ci ildən başlayaraq İmamverdiyev Sudeif Bəşir oğlu böyrək daşı olan ən ağır qrup xəstələrin (bir böyrəkdə, ya hər iki böyrəkdə mərcanvari və çoxlu daşları olanlar ) müalicəsi ilə uğurla məşğul olur. Bu xəstəliyin ən ağır formalarında əməliyyat böyrək arteriyasının müvəqqəti sıxılması və eyni zamanda böyrək toxumasını qoruyan tədbirlərlə aparılır.Bu xəstələrin fəsadlaşmış qrupunda (şəkərli diabeti, azotemiyası, böyrəyin irinləməsi, ağır hipertoniyası olanlar, insult keçirmişlər və s.) İmamverdiyev Sudeif Bəşir oğlu 2015-ci ildən başlayaraq müasir texniki vasitələrdən istifadə edərək dünya praktikasında ilk olaraq mini açıq punksion nefrolitotomiyanı böyük uğurla tətbiq edir. Bu işlərlə yanaşı dəridən keçməklə böyrək daşlarının xaric olunması əməliyyatları (perkutan nefrolitotripsiya) klinikada geniş tətbiq olunur.İmamverdiyev Sudeif Bəşir oğlu 1977-ci ildən başlayaraq ölkəmizdə ilk olaraq yayılmış sidik kisəsi xərçəngi olanlarda sidik kisəsinin subtotal rezeksiyası və sidik axarının (bir ya hər iki sidik axarının) ureterosistoneostomiyası, sidikliyin tam çıxarılması və sidik axarlarının S-vari bağırsağa ya dəriyə keçdirməklə əməliyyatlar həyata keçirir. Sidik kisəsi xərçənginin üçbucaq zonunda şiş olduqda o, dünyada ilk dəfə yeni üsul: sidiklikdən keçməklə sidik kisəsinin rezeksiya və ureterosistoneostomiya (bir ya hər iki sidik axarının
sidikliyin sağlam hissəsinə köçürülməsi) təklif edir və uğurla tətbiq edir.1984-cü ildən başlayaraq o, ölkəmizdə ilk olaraq böyrəyin xoş və bədxassəli şişində böyrəyi saxlamaqla şişin xaric olunması operasoiasını həyata keçirir.(parsial nefrektomiya)
İmamverdiyev Sudeif Bəşir oğlu ölkəmizdə ilk olaraq 1990-cı illərdə prostat vəzinin xərçəngi olanlarda prostat vəzinin biopsiyasını tətbiq edir və 1994-cü ildən radikal prostatektomiya tətbiq etməyə başlayır.
Ölkəmizdə uroginekologiyanın inkişafında İmamverdiyev Sudeif Bəşir oğlu böyük xidməti olmuşdur. 1977-ci ildən başlayaraq veziko-vaginal, uretero-vaginal və başqa bu kimi fistulası olanlarda apardığı əməliyyatlar 100% sağalma ilə nəticələnir. Beynəlxalq ədəbiyyatda belə əməliyyatlar 80% ətrafında sağalma göstərilir. Qadınlarda sidiyin saxlamamazlığı, başqa müxtəlif uroginekoloji xəstəliklərdə müasir operasiyalar tətbiq edir, sidik kisəsi-uşaqlıq yolu fistulasının ağır formasında peritondan keçməklə aradan götürülməsi əməliyyatını təklif edir, uğurla reallaşdırır (1990).O,ureterohidronefroz, hidronefroz, sidik kanalı dağılması olanlarda apardığı rekonstruktiv əməliyyatlar apararaq nəzərə çarpan uğur əldə edib, ən ağır uretra zədəsi zamanı yeni bərpa üsulu təklif (2007-ci ildən) və tətbiq edir.O, böyrək sallanması olan xəstələrin müalicəsi üçün böyrək ətrafında yaranmış şəraitdən asılı olaraq 4 yeni cərrahi üsul təklif edir, uğurla reallaşdırır.
İmamverdiyev Sudeif Bəşir oğlu prostat vəzi hipertrofiyası olan xəstələrin açıq cərrahi əməliyyatının təhlükəsiz olması üçün yeni, qanaxmanı qəti azaldan tikişləri təklif edir və bu xəstələrin müalicəsində böyük uğura nail olur.Andrologiyanın ölkəmizdə inkişafı sahəsində İmamverdiyev Sudeif Bəşir oğlunun böyük xidməti vardır, müvafiq assosiasiyanın yaranması, mütəxəssislərin hazırlanması onun adı ilə bağlıdır. Hazırda ölkəmizdə onun rəhbərlik etdiyi klinikada priapizm, peyroni xəstəliyi, impotensiya, cinsi üzv anomaliyalarında müxtəlif əməliyyatlar uğurla həyata keçirilir.
2000-ci ildən başlayaraq ölkəmizdə yeni müasir, azinvaziv instrumental əməliyyatların tətbiqi sahəsində onun böyük rolu olmuşdur. Yeni müalicə üsulları bunlardır: Prostat vəzinin və sidikliyin şişlərində transuretral rezeksiyası, sidik kanalı darlığında endoskopik uretrotomiya, sidik kisəsinin daşlarında endoskopik litotomiya, sidik axarında və böyrəkdə daş olduqda onların uretero-renoskopik əzib xaric etmək, dəridən keçməklə böyrək daşının əzib xaric olunması, laporoskopik ya retroperitoneumskopik girişlə böyrək və böyrəküstü vəz xəstəliklərinin müalicəsi və b.
1984-1991-ci illərdə İmamverdiyev Sudeif Bəşir oğlu Azərbaycan Herontoloqlar cəmiyyətinin sədri, 1986-cı ildən Səhiyyə Nazirliyinin baş Herontoloqu, 1989-cu ildən SSRİ uroloqlar cəmiyyəti idarə heyətinin üzvü olmuşdur.1993-cü ildən o, Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü, 2002-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2007-ci ildə Türkiyə Androloqlar Assosiasiyasının, 2018-ci ildə isə Türkiyə Uroloqları Assosiasiyasının fəxri üzvü seçilmişdir.İmamverdiyev Sudeif Bəşir oğlu 2004-cü ildə Azərbaycan Uroloqları Assosiasiyası təşkil edir, onun sədri seçilir, sistemli olaraq konfranslar, simpoziumlar keçirilir. 2007-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Androloqlar və Reproduktiv Təbabət Assosiasiyası yaradılır və onun fəxri sədri seçilir. 2002-2007-ci illərdə o, Türkdilli ölkələr Androloqlar birliyinin sədri olmuşdur.İmamverdiyev Sudeif Bəşir oğlu 2018-ci ildə “Urologiya və reproduktiv təbabət jurnalı”nı yaradır və onun baş redaktoru olur. Bu jurnal Azərbaycan Ali Attestasiya komissiyası tərəfindən təsdiq olaraq fəaliyyətdədir.2001-ci ildə İmamverdiyev Sudeif Bəşir oğlu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü seçilmişdir.
O, 2006-cı ildə ölkəmizdə Elm və Maarifçilik sahəsində xidmətlərinə görə Yusif Məmmədəliyev medalı ilə təltif olunur.2013-cü ildə Münxen şəhərində (Almaniya ) Avropa Elmi Sənaye konsorsiyumu (European Scintifik İndustrial Consortium) tərəfindən Avropa keyfiyyəti Qızıl medalı ilə (Gold Medal of European Quality), Əmək və Elm (Laboret Scientia) medalları ilə təltif olunur.Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) tərəfindən İmamverdiyev Sudeif Bəşir oğlu 2010-cu ildə Vernadskiy medalı, 2011-ci ildə Nobel Alfred Bemxard medalı ilə, Avropa Uroonkoloqlar Assosiasiyası tərəfindən 2018-ci ildə “Həyatı boyu uğurlarına görə” (Lifetime Achievement Award) medalı ilə təltif olunub.Azərbaycan Respublikasının Prezidenti tərəfindən İmamverdiyev Sudeif Bəşir oğlu 2000-ci ildə “Şöhrət ordeni”, 2008-ci ildə “Əməkdar Elm Xadimi” fəxri adı ilə, 2013-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 2018-ci ildə “Şərəf ordeni” və 2023-cü ildə isə “Dövlətə Xidmətə Görə ”I dərəcəli Ordeni ilə təltif olunub.O, Azərbaycan Dövlətçiliyinin inkişafında ölkəmizdə elm, tədris, səhiyyə sahələrində göstərdiyi xüsusi xidmətlərinə görə 2018-ci ildə Beynəlxalq “Azərbaycanım” jurnalı tərəfindən “Azərbaycanın Qüruru” Qızıl Ordeni ilə təltif olunub.
İmamverdiyev Sudeif Bəşir oğlu aktiv ictimai xadim olaraq Ulu öndərimiz dahi Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün fəaliyyət göstərən məhşur “91”-lər sırasında olmuş “Yeni Azərbaycan Partiyası”-nın yaradıcılarından biridir və 1992-2021-də YAP Siyasi Şurasının üzvü, 2021-ci ildən hazırkı günə qədər YAP Veteranlar Şurasının üzvüdür. İmamverdiyev Sudeif Bəşir oğlu 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
1995-2005-ci illərdə İmamverdiyev Sudeif Bəşir oğlu Müstəqil Azərbaycan Respublikası Milli Məclisinin Deputatı (I və II-çağırış) olmuş, 2013-2020-ci illərdə Azərbaycan Respublikası Ağsaqqalları Şurası sədrinin müavini olmuşdur.O, 2021-ci ildən Türk Ağsaqqallar İctimai Birliyinin sədridir.İmamverdiyev Sudeif Bəşir oğlu Tibb sahəsində 1 kəşfin, 18 ixtira və səmərələşdirici təklifin, 400-dən çox (o cümlədən 25 kitabın ) Azərbaycan, Rus, İngilis, Fransız, ərəb, Gürcü dillərində çap olunmuş elmi işlərin müəllifidir.
Onun rəhbərliyi və dəstəyi ilə 30 Tibb üzrə Fəlsəfə doktoru və 10 Tibb Elmləri doktoru dissertasiyaları müdafiə olunub. O, ölkəmizdə və xaricdə çıxan müxtəlif jurnalların idarə, redaksiya heyətinin üzvü olmuş və üzvüdür, 60-dan çox hallarda Azərbaycan Elmini xarici ölkələrdə (Rusiyada, Orta Asiya, yaxın Asiya ölkələrində, Türkiyədə, Avropa ölkələrində) təmsil edərək, məruzələrlə çıxış etmiş və iclaslara sədrlik etmişdir.O, Azərbaycan, Rus, İngilis dilində tədris apara bilir, məruzələrlə çıxış edir.İmamverdiyev Sudeif Bəşir oğlu Azərbaycan SSR-i Səhiyyə Nazirliyinin Urologiya və Nefrologiya üzrə ekspert komissiyası sədrinin müavini (1977-1991-ci illərdə), Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının üzvü (1993-2019) olmuş, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Özəl Ali və Orta ixtisas Müəssisələrinin Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərmiş, dəfələrlə Azərbaycan Səhiyyə Nazirliyinin, AMEA-nın, Tibb Universitetinin, müxtəlif ictimai təşkilatlarının Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Böyük alim Sudeif Bəşir oğlu İmamverdiyev şərəfli həyat yolu keçmişdir.Sudeif İmamverdiyev vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil Azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Sudeif həkimin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Sudeif həkim. Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.Sudeif Bəşir oğlu İmamverdiyev bütün işçi kollektivinin, tələbələrinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Sudeif həkimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, öz xəstələrinə doğma insanı kimi münasibət bəsləyən Sudeif İmamverdiyev onların hər birinə ata qayğısı ilə yanaşır, hər biri ilə səmimi rəftar edir.Sudeif Bəşir oğlu İmamverdiyev sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Sudeif həkim dəyişməz qalır.
Sudeif İmamverdiyevin ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Sudeif həkimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən, həkim adlı şərəfli peşə sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan Sudeif Bəşir oğlu İmamverdiyevi 2023-cü ildə “Dövlətə Xidmətə Görə ”I dərəcəli Ordeni ilə təltif olunması və 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən şərəfli və çətin işində uğurlar arzulayıram.Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur “91”-lər sırasında olan, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) Sudeif Bəşir oğlu İmamverdiyevdir.
Gəlin, bu dəyərli insanın keçdiyi şərəfli və gərəkli ömür yoluna nəzər salaq.İmamverdiyev Sudeif Bəşir oğlu 2 iyul 1938-ci ildə Azərbaycan Respublikasının Astara şəhərində anadan olmuşdur.
İmamverdiyev Sudeif Bəşir oğlu Astara orta məktəbin rus bölməsini bitirib. 1956-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir.İnstitutu bitirəndən sonra Sovet ordusunda Qorki (Nijniy Novqorod, Rusiya) şəhərində hərbi xəstəxanada leytenant rütbəsində cərrah kimi xidmət edir.O, ordudan təxris olaraq 1963-cü ilin dekabrından 1965-ci ilin dekabrına qədər profesor M.C. Cavadzadənin rəhbərliyi ilə Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (Bakı şəhəri) uroloji şöbəsində ordinator vəzifəsində işləyir. 1965-ci ilin dekabrında İmamverdiyev Sudeif Bəşir oğlu Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (AHTİ) Urologiya kafedrasına assistent vəzifəsinə seçilir. 1968-ci ildə Tibb üzrə fəlsəfə doktoru dissertasiyasını akademik M.C.Cavadzadənin rəhbərliyi ilə uğurla müdafiə edir. Dissertasiyanın mövzusu: “Sidik kisəsinin, prostat vəzinin və xarici tənasül üzvlərinin şişlərində limfoqrafiya və sümük daxili çanaq fleboqrafiyası”olmuşdu.O, 1971-ci ilin iyun ayında Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (AHTİ)-nun cərraho xəstəliklər kafedrasına öz xahişi ilə keçir və 1972-ci ilin sentyabrında Elmi Şuranın qərarına əsasən doktorluq dissertasiya işini davam etmək üçün Moskva şəhərinə Ümumittifaq Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutuna ezam olunur.İmamverdiyev Sudeif Bəşir oğlu 1974-cü ilin dekabrında, 36 yaşında həmin institutda Tibb üzrə Doktorluq dissertasiyasını uğurla müdafiə edir. (elmi rəhbərləri SSRİ Elmlər Akademiyasının Akademiki,Sosialist Əməyi Qəhrəmanı Boris Petrovskiy və SSRİ Dövlət Mükafatı Laureatı professor Marat Knyazev).Dissertasiya işinin mövzusu “Hər iki böyrək arteriyası xəstəliyində Vazorenal Kipertoniyanın cərrahi müalicəsi”olur.İmamverdiyev Sudeif Bəşir oğlu Bakıya 1975-ci ilin yanvarında qayıdaraq Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun-nin Cərrahi Xəstəliklər Kafedrasında assistent vəzifəsində işini davam edir və Azərbaycan Tibb İnstitutunda “Urologiya”kafedrasının açılması üçün səylər göstərir, buna 1975-ci ilin mart ayında nail olur. O, 1976-cı ilin sentyabrında Azərbaycan Tibb İnstitunun Urologiya kafedrasının dossenti vəzifəsinə qəbul olunur. 1977-ci ildə kafedranın professoru seçilir, 1990-cı ildən bu günə qədər kafedranın müdiri vəzifəsində çalışır.Tanınmış alim və ictimai xadim,fitri cərrahi istedadı, əməksevərliyi, işgüzarlığı ilə fərqlənən Sudeif İmamverdiyev fəaliyyəti dövründə ölkəmizdə ona qədər tətbiq olunmayan müayinə və müalicə üsullarını həyata keçirmiş, yeni cərrahi metodlar təklif etmiş və onları təkmilləşdirmiş, öz elmi məktəbini yaratmışdır.Hələ, 1964-cü ildə Azərbaycanda ilk olaraq limfoqrafiyanı o, həyata keçirir. Bundan ötrü 2 forma mexaniki inyektor təklif edir. Sümükdaxili çanaq ffleboqrafiyasını limfoqrafiya ilə birlikdə geniş tətbiq edərək uğur əldə edir. O dövrdə bu müayinələr uroonkoloji xəstələrin diaqnostika və müalicəsi üçün böyük əhəmiyyət kəsb edirdi. 1968-ci ildən başlayaraq o böyrəkdamar, böyrəküstü vəz mənşəli hipertoniyanın diaqnostika və müalicəsi ilə məşğul olur. Bundan ötrü o, damar müayinələrini (aortoqrafiya,venakavaqrafiya, pnevmoretroperitoneumu) geniş tətbiq edir.Bu işlərin nəticəsi olaraq böyrəküstü vəzlərdə əməliyyatlar, 1970-ci ildə isə böyrək arteriyalarında rekonstruktiv operasiyalar Azərbaycanda ilk olaraq tətbiq olunur. Bu saırada ən ağır əməliyyat olan aortanın aşağı döş,yuxarı qarın hissəsinin aortaarteritə görə yaranmış anevrizma, sağ böyrək arteriyasının trombozu, sol böyrək arteriyasının kəskin stenozu və ona görə ağır hipertoniyası olan 28 yaşlı qadında sol böyrək arteriyasının ekstrakorporal rezeksiyası və böyrəyin autotransplantasiyasını uğurla 1979-cu ildə həyata keçirir. Belə əməliyyatların dünya cərrahi praktikasında ən nadir operasiyalar sırasında olması məlum faktdır.
1977-ci ildən başlayaraq İmamverdiyev Sudeif Bəşir oğlu böyrək daşı olan ən ağır qrup xəstələrin (bir böyrəkdə, ya hər iki böyrəkdə mərcanvari və çoxlu daşları olanlar ) müalicəsi ilə uğurla məşğul olur. Bu xəstəliyin ən ağır formalarında əməliyyat böyrək arteriyasının müvəqqəti sıxılması və eyni zamanda böyrək toxumasını qoruyan tədbirlərlə aparılır.Bu xəstələrin fəsadlaşmış qrupunda (şəkərli diabeti, azotemiyası, böyrəyin irinləməsi, ağır hipertoniyası olanlar, insult keçirmişlər və s.) İmamverdiyev Sudeif Bəşir oğlu 2015-ci ildən başlayaraq müasir texniki vasitələrdən istifadə edərək dünya praktikasında ilk olaraq mini açıq punksion nefrolitotomiyanı böyük uğurla tətbiq edir. Bu işlərlə yanaşı dəridən keçməklə böyrək daşlarının xaric olunması əməliyyatları (perkutan nefrolitotripsiya) klinikada geniş tətbiq olunur.İmamverdiyev Sudeif Bəşir oğlu 1977-ci ildən başlayaraq ölkəmizdə ilk olaraq yayılmış sidik kisəsi xərçəngi olanlarda sidik kisəsinin subtotal rezeksiyası və sidik axarının (bir ya hər iki sidik axarının) ureterosistoneostomiyası, sidikliyin tam çıxarılması və sidik axarlarının S-vari bağırsağa ya dəriyə keçdirməklə əməliyyatlar həyata keçirir. Sidik kisəsi xərçənginin üçbucaq zonunda şiş olduqda o, dünyada ilk dəfə yeni üsul: sidiklikdən keçməklə sidik kisəsinin rezeksiya və ureterosistoneostomiya (bir ya hər iki sidik axarının
sidikliyin sağlam hissəsinə köçürülməsi) təklif edir və uğurla tətbiq edir.1984-cü ildən başlayaraq o, ölkəmizdə ilk olaraq böyrəyin xoş və bədxassəli şişində böyrəyi saxlamaqla şişin xaric olunması operasoiasını həyata keçirir.(parsial nefrektomiya)
İmamverdiyev Sudeif Bəşir oğlu ölkəmizdə ilk olaraq 1990-cı illərdə prostat vəzinin xərçəngi olanlarda prostat vəzinin biopsiyasını tətbiq edir və 1994-cü ildən radikal prostatektomiya tətbiq etməyə başlayır.
Ölkəmizdə uroginekologiyanın inkişafında İmamverdiyev Sudeif Bəşir oğlu böyük xidməti olmuşdur. 1977-ci ildən başlayaraq veziko-vaginal, uretero-vaginal və başqa bu kimi fistulası olanlarda apardığı əməliyyatlar 100% sağalma ilə nəticələnir. Beynəlxalq ədəbiyyatda belə əməliyyatlar 80% ətrafında sağalma göstərilir. Qadınlarda sidiyin saxlamamazlığı, başqa müxtəlif uroginekoloji xəstəliklərdə müasir operasiyalar tətbiq edir, sidik kisəsi-uşaqlıq yolu fistulasının ağır formasında peritondan keçməklə aradan götürülməsi əməliyyatını təklif edir, uğurla reallaşdırır (1990).O,ureterohidronefroz, hidronefroz, sidik kanalı dağılması olanlarda apardığı rekonstruktiv əməliyyatlar apararaq nəzərə çarpan uğur əldə edib, ən ağır uretra zədəsi zamanı yeni bərpa üsulu təklif (2007-ci ildən) və tətbiq edir.O, böyrək sallanması olan xəstələrin müalicəsi üçün böyrək ətrafında yaranmış şəraitdən asılı olaraq 4 yeni cərrahi üsul təklif edir, uğurla reallaşdırır.
İmamverdiyev Sudeif Bəşir oğlu prostat vəzi hipertrofiyası olan xəstələrin açıq cərrahi əməliyyatının təhlükəsiz olması üçün yeni, qanaxmanı qəti azaldan tikişləri təklif edir və bu xəstələrin müalicəsində böyük uğura nail olur.Andrologiyanın ölkəmizdə inkişafı sahəsində İmamverdiyev Sudeif Bəşir oğlunun böyük xidməti vardır, müvafiq assosiasiyanın yaranması, mütəxəssislərin hazırlanması onun adı ilə bağlıdır. Hazırda ölkəmizdə onun rəhbərlik etdiyi klinikada priapizm, peyroni xəstəliyi, impotensiya, cinsi üzv anomaliyalarında müxtəlif əməliyyatlar uğurla həyata keçirilir.
2000-ci ildən başlayaraq ölkəmizdə yeni müasir, azinvaziv instrumental əməliyyatların tətbiqi sahəsində onun böyük rolu olmuşdur. Yeni müalicə üsulları bunlardır: Prostat vəzinin və sidikliyin şişlərində transuretral rezeksiyası, sidik kanalı darlığında endoskopik uretrotomiya, sidik kisəsinin daşlarında endoskopik litotomiya, sidik axarında və böyrəkdə daş olduqda onların uretero-renoskopik əzib xaric etmək, dəridən keçməklə böyrək daşının əzib xaric olunması, laporoskopik ya retroperitoneumskopik girişlə böyrək və böyrəküstü vəz xəstəliklərinin müalicəsi və b.
1984-1991-ci illərdə İmamverdiyev Sudeif Bəşir oğlu Azərbaycan Herontoloqlar cəmiyyətinin sədri, 1986-cı ildən Səhiyyə Nazirliyinin baş Herontoloqu, 1989-cu ildən SSRİ uroloqlar cəmiyyəti idarə heyətinin üzvü olmuşdur.1993-cü ildən o, Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü, 2002-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2007-ci ildə Türkiyə Androloqlar Assosiasiyasının, 2018-ci ildə isə Türkiyə Uroloqları Assosiasiyasının fəxri üzvü seçilmişdir.İmamverdiyev Sudeif Bəşir oğlu 2004-cü ildə Azərbaycan Uroloqları Assosiasiyası təşkil edir, onun sədri seçilir, sistemli olaraq konfranslar, simpoziumlar keçirilir. 2007-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Androloqlar və Reproduktiv Təbabət Assosiasiyası yaradılır və onun fəxri sədri seçilir. 2002-2007-ci illərdə o, Türkdilli ölkələr Androloqlar birliyinin sədri olmuşdur.İmamverdiyev Sudeif Bəşir oğlu 2018-ci ildə “Urologiya və reproduktiv təbabət jurnalı”nı yaradır və onun baş redaktoru olur. Bu jurnal Azərbaycan Ali Attestasiya komissiyası tərəfindən təsdiq olaraq fəaliyyətdədir.2001-ci ildə İmamverdiyev Sudeif Bəşir oğlu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü seçilmişdir.
O, 2006-cı ildə ölkəmizdə Elm və Maarifçilik sahəsində xidmətlərinə görə Yusif Məmmədəliyev medalı ilə təltif olunur.2013-cü ildə Münxen şəhərində (Almaniya ) Avropa Elmi Sənaye konsorsiyumu (European Scintifik İndustrial Consortium) tərəfindən Avropa keyfiyyəti Qızıl medalı ilə (Gold Medal of European Quality), Əmək və Elm (Laboret Scientia) medalları ilə təltif olunur.Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) tərəfindən İmamverdiyev Sudeif Bəşir oğlu 2010-cu ildə Vernadskiy medalı, 2011-ci ildə Nobel Alfred Bemxard medalı ilə, Avropa Uroonkoloqlar Assosiasiyası tərəfindən 2018-ci ildə “Həyatı boyu uğurlarına görə” (Lifetime Achievement Award) medalı ilə təltif olunub.Azərbaycan Respublikasının Prezidenti tərəfindən İmamverdiyev Sudeif Bəşir oğlu 2000-ci ildə “Şöhrət ordeni”, 2008-ci ildə “Əməkdar Elm Xadimi” fəxri adı ilə, 2013-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 2018-ci ildə “Şərəf ordeni” və 2023-cü ildə isə “Dövlətə Xidmətə Görə ”I dərəcəli Ordeni ilə təltif olunub.O, Azərbaycan Dövlətçiliyinin inkişafında ölkəmizdə elm, tədris, səhiyyə sahələrində göstərdiyi xüsusi xidmətlərinə görə 2018-ci ildə Beynəlxalq “Azərbaycanım” jurnalı tərəfindən “Azərbaycanın Qüruru” Qızıl Ordeni ilə təltif olunub.
İmamverdiyev Sudeif Bəşir oğlu aktiv ictimai xadim olaraq Ulu öndərimiz dahi Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün fəaliyyət göstərən məhşur “91”-lər sırasında olmuş “Yeni Azərbaycan Partiyası”-nın yaradıcılarından biridir və 1992-2021-də YAP Siyasi Şurasının üzvü, 2021-ci ildən hazırkı günə qədər YAP Veteranlar Şurasının üzvüdür. İmamverdiyev Sudeif Bəşir oğlu 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
1995-2005-ci illərdə İmamverdiyev Sudeif Bəşir oğlu Müstəqil Azərbaycan Respublikası Milli Məclisinin Deputatı (I və II-çağırış) olmuş, 2013-2020-ci illərdə Azərbaycan Respublikası Ağsaqqalları Şurası sədrinin müavini olmuşdur.O, 2021-ci ildən Türk Ağsaqqallar İctimai Birliyinin sədridir.İmamverdiyev Sudeif Bəşir oğlu Tibb sahəsində 1 kəşfin, 18 ixtira və səmərələşdirici təklifin, 400-dən çox (o cümlədən 25 kitabın ) Azərbaycan, Rus, İngilis, Fransız, ərəb, Gürcü dillərində çap olunmuş elmi işlərin müəllifidir.
Onun rəhbərliyi və dəstəyi ilə 30 Tibb üzrə Fəlsəfə doktoru və 10 Tibb Elmləri doktoru dissertasiyaları müdafiə olunub. O, ölkəmizdə və xaricdə çıxan müxtəlif jurnalların idarə, redaksiya heyətinin üzvü olmuş və üzvüdür, 60-dan çox hallarda Azərbaycan Elmini xarici ölkələrdə (Rusiyada, Orta Asiya, yaxın Asiya ölkələrində, Türkiyədə, Avropa ölkələrində) təmsil edərək, məruzələrlə çıxış etmiş və iclaslara sədrlik etmişdir.O, Azərbaycan, Rus, İngilis dilində tədris apara bilir, məruzələrlə çıxış edir.İmamverdiyev Sudeif Bəşir oğlu Azərbaycan SSR-i Səhiyyə Nazirliyinin Urologiya və Nefrologiya üzrə ekspert komissiyası sədrinin müavini (1977-1991-ci illərdə), Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının üzvü (1993-2019) olmuş, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Özəl Ali və Orta ixtisas Müəssisələrinin Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərmiş, dəfələrlə Azərbaycan Səhiyyə Nazirliyinin, AMEA-nın, Tibb Universitetinin, müxtəlif ictimai təşkilatlarının Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Böyük alim Sudeif Bəşir oğlu İmamverdiyev şərəfli həyat yolu keçmişdir.Sudeif İmamverdiyev vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil Azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Sudeif həkimin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Sudeif həkim. Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.Sudeif Bəşir oğlu İmamverdiyev bütün işçi kollektivinin, tələbələrinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Sudeif həkimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, öz xəstələrinə doğma insanı kimi münasibət bəsləyən Sudeif İmamverdiyev onların hər birinə ata qayğısı ilə yanaşır, hər biri ilə səmimi rəftar edir.Sudeif Bəşir oğlu İmamverdiyev sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Sudeif həkim dəyişməz qalır.
Sudeif İmamverdiyevin ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Sudeif həkimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən, həkim adlı şərəfli peşə sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan Sudeif Bəşir oğlu İmamverdiyevi 2023-cü ildə “Dövlətə Xidmətə Görə ”I dərəcəli Ordeni ilə təltif olunması və 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən şərəfli və çətin işində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz,ləyaqətli ömrünüz uzunömürlü,davamlı olması arzusu ilə, mən: ŞAHMAR ZƏRDABİ