DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SADİQ OLAN DÖVLƏT MƏMURU – Elmir Allahyarov

398

DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SADİQ OLAN DÖVLƏT MƏMURU –  Elmir Allahyarov

Uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, çalışdığı dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayon nümayəndəsi Elmir Allahyarovdan söhbət açacağıq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayon nümayəndəsi Elmir Allahyarov səmərəli fəaliyyəti, rayonun abadlaşmasında və inkişafındakı böyük xidmətləri olan dövlət işçisi kimi daim hörmətlə xatırlanır.

Yüksək idarəçilik qabiliyyətinə malik olan, bacarıqlı mütəxəssis kimi tanınan Elmir Allahyarov xalqın xilaskarı, Ulu Öndər Heydər Əliyevə daima sadiq olmuşdur. Hal-hazırda da Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini sadiq dövlət məmuru kimi dəstəkləyir.

Ümumiyyətlə, Elmir müəllim hansı vəzifədə olmasından asılı olmayaraq, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Elmir Allahyarovun işgüzarlığını, təşkilatçılıq bacarığını və prinsipiallığını yüksək qiymətləndirmiş, Füzuli rayonunun gözəlləşməsində Elmir müəllimin əməyini xüsusi olaraq qeyd etmək lazımdı.

Elmir Allahyarov  özünə və başqalarına yüksək tələbkarlığı, insanlara həssas, qayğıkeş münasibəti ilə seçilən kadrlardandı. O, yüksək intellektual keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə hamının hörmətini qazanmışdı. Elmir müəllim həm də əsl vətənpərvərdi.

Tanınmış dövlət işçisi, vətənpərvər insan, Füzuli şəhərinin və rayon ətrafı kənd və qəsəbələrinin abadalşmasında xidmətləri olmuş Elmir müəllimin səmərəli fəaliyyəti, Azərbaycanın çiçəklənməsinin inkişafındakı xidmətləri göz qabağındadır. Elmir Allahyarov sıx-sıx qaçqın və məcburi köçkünlərlə görüşür, onların sosial vəziyyətini maraqlanır və lazımi tədbirlər görərək vətəndaşlara xidmət göstərir. Elmir müəllim dövlət, şəhid və xüsusi əhəmiyyətli tədbirlərdə özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirir, hər zaman ictimaiyyət arasında olur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayon nümayəndəsi Elmir Allahyarov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Rəşad müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.

Şahmar Zərdabi

Baş redaktor