“AzNar” şirkətinin baş direktoru Asif Əhmədov mənəviyyat zirvəsində

346

“AzNar” şirkətinin baş direktoru Asif Əhmədov mənəviyyat zirvəsində

Hər bir insanın həyatı ömür boyu yazılan kitaba bənzəyir. Bu kitabın hər bir səhifəsi ömrün müxtəlif anlarını əks etdirir. Bu ömür kitabı olumla başlayıb ölümlə öz sonuncu səhifəsini bitirir. Bir də bu kitabın proloqu, insanın ömrünün mənalı və ya heç nəyi əks etdirməyən mövcudluğu, kimin bu kitabı necə doldurmağından asılıdı…

“AzNar” şirkətinin baş direktoru Asif Əhmədov… Onun haqqında bir də ona görə yazmaq qərarı verdik ki, Asif müəllim cürətinin, cəsarətinin səsinə səs verərək ömür, əməl, fəaliyyət yolunu özü, amirəliklə kağıza köçürüb. Bu isə əməli düzgün, alnıaçıq insanın işidi. Biri digərinin oxşarı iki ömür kitabı tapmaq mümkünmü? Məncə yox, bir az hardasa hə demək olar, ancaq bu qətiyyən mümkün olan iş deyil. Tanrı eyni bədən əzalarını belə fərqli yaratdı…

Hər bir insanın ömür kitabı bir növ təhlil, bir növ özünə hesabatdır.

Hər bir insanın keçdiyi həyat yoluna bağlı fəaliyyət trayektoriyasının bu fəaliyyətin keyfiyyətindən doğan şərəf və ləyaqət ölçüsünə bağlı ömür kitabı… Bu kitab isə hər kəsin özünüdərkindən başlayır.

Bu bir də insanın məqsəd və məramında, Tanrı ilə arasında olan görünməz bsğlarla əlaqəlidi. İnsan Kainata hansı məram, istəyi ünvanlayırsa onu da həyatına qəbul edir.

Hər bir insan bu ömür kitabının səhifələrini çevirdikcə bir ucu gəlimli, o biri ucu gedimli dünyanın təlatümlərinə sinə gərməyin nə qədər  çətin, nə qədər ağır, nə qədər ağrılı  olduğunu dərk edərkən buna doğru hərəkət etməyin böyüklüyünü və ya məsuliyyətini ortaya qoymağa məcbur olur.

Kimi bu həyatın qoyduğu  sınaqların məngənəsində ora-bura çırpılaraq “ölür”, kimi də özü qarşısında qoyduğu mərama, hədəfə çatmaq uğrunda gedən yaşam mübarizəsində həyatla əlbəyaxa döyüşlərdə bərkiyərək qeyri-bərabər olan güc mübarizələrindən aldığı yaralarını sarıyaraq məğrurluqla çıxır.

“Mən sənə boyun əymədim” söyləyərək çalınacaq qələbələrinə doğru irəliləyir.

Arzularına doğru yollanır. Hər kəs bu həyata böyük ümidlərlə atılır. İlk anlarda hər şey ona xəyal dolu səadət  aləmini xatırladır. Zaman keçdikcə bu həyəcan soyumağa, dünya öz boz üzünü göstərməyə başlayır, obrazlı desək, yamyaşıl yaz- yay öz yerini çiskinli payıza, payız boranlı qarlı qışa verir… Həyat budu…

Yaz-yay səhərlərinin, gecələrinin əsrarəngizliyini əbədi saxlamaq olurmu, əlbətdə ki, yox!

İnsan həyatı da təbiətin fəsillərinə bənzəyir. Ümid, arzu, xəyallarla dolu gənclik yerini get-gedə yaşlılığa ötürür. İnsan bu dünyada nə edirsə öz adı, öz soyu, öz axirəti üçün edir. Onun – Asif Əhmədov səmərəli, dəyərli həyatı və əmək fəaliyyəti yuxarıda verdiyimiz arayışın özü və tamamıdı.

O, doğuluşunu dünyanın ən dilbər, ən bərəkətli yurdundan-Azərbaycandan başladı. Qanında, genində, varlığında  bu qədim yurdun dəyanətini daşıyan, Asif Əhmədov özünün, səxavətinin bərəkətindən çox insanlara, şəhid, qazi, kasıb ailələrinin, əlsiz-ayaqsızların ümid qapısına çevrildi…  Bu onun Tanrı tərəfindən verilən missiyasi-alın yazısı oldu. Ona “ümid çırağımızdı” deyənlərə yaşamaq gücü, yaşamaq stimulu verdi. Biz, Asif müəllimin bərəkətli ömrü ilə bağlı yazımızın şəxsiyyətin etirafı epizodunda arayışını vermişik. Bu dünyada itirənlərdən deyil, qazananlardan biri olan Asif Əhmədov bu məqsəd,  amal və məramı intəhasız sevgi ilə daşıyaraq, Vətəninə, yurduna, millətinə, xalqına, peşə və məsləkinə can-başla xidmət edənlər sırasındadlr.

Asif müəllim  genişmiqyaslı fəaliyətini bir iş adamı və bir Azərbaycan vətəndaşı olaraq qəlbinin səsi, ürəyinin saflığı, xeyirxahlığına, nəcibliyinə sığınaraq həyata keçirir.

Həm də bu fəaliyyət, nümunə-missiya tarixdə şərəfilə yaşamış fədakar babalarımızın missiyalarının yeni anlamda davamıdır!

Asif müəllim kimi insanlara mənəvi əməli varislər deyilir… Bu an Azərbaycanın ən ümdə, ən qlobal problemi işğaldan azad olmuş torpaqların dirçəldilməsi, bərpası, canlarını və sağlamlıqlarını bu torpağln azadlığı üçün xərcləmiş igid oğullarımızın, mərd kişilərimizin ailə, məişət, səhhət məsələlərinin həllidir.

Bu gün müharibənin yaratdığı fəsad və dağıntıları aradan qaldırmaq üçün Baş komandanın tarixi şüara çevrilmiş “Biz birlikdə güclüyük” çağırış ifadəsi peşə mənsubiyyətindən, vəzifə statusundan asılı olmayaraq hər bir Azərbaycanlının borcudu. Vətəndaşlıq, vətənsevərlik, təəsübkeşlik borcu. Mənəvi borc hissi, bunu yurd, torpaq, doğmaların itkisi, həsrətini çəkmiş, bu vüsalı, həsrəti, ağrını yaşamış insandı Asif müəllim! Bu hissin nə qədər ağrılı olduğunu çəkən bilir.

Etibarlı, xeyirxah, sədaqətli, sadiq Asif müəllim insanlığın ən ali göstəricisi olan etibarı lap çoxdan qazanıb. Etibarlı olmaq şəxsiyyətin ictimai sferada  əməllərindən yaranan, təqdir edilən əməli nəticədi. Asif müəllim bu statusu şəhid, qazi, evsiz, əlsiz-ayaqsız adamlara, ailələrə yardımçı olmaqla, doğmalıq hissi ilə yanaşmaqla, öz peşə fəaliyyətinə olan sədaqəti ilə qazanıb. Onun  əxlaq modelidi bütün sadaladıqlarımız. Asif Əhmədovun fəaliyyətinin nüvəsində vətənsevərlik, vətənkeşlik, millət və xalqsevərlik dayanır.

Bəzən və elə əksər hallarda insanı yaşadan elə bircə gözəl an olur. Asif Əhmədovun barlı bərəkətli ömrü bu anlarla zəngindir. Mərhəmət və səxavətinin hesabına dəstək görən insanların minnətdarlıq və alqış duaları deyilən anlardı.

Nə üçün yaşamağın gözəlliyi… Asif müəllim kimi insanlar haqsız olaraq incidilirsə onların müdafiəsinə Göy qüvvələri, Allah qalxır. Allahın ən çox sevdiyi xüsusiyyətlərdən biri bölüşmək, səxavət və mərhəmət hissidi.

Asif Əhmədov uğurlu insandır, o, bir rəhbərdir, bir iş adamıdır, mərhəmətlidir, humanıstdir. O, onlarla ailənin “işığını” sönməyə qoymur. Sevindirici haldır ki, bu dünyada Allahla həyat arasında münasibətlərini bu cür tənzimləyənlər sırasında Asif Əhmədov da var! O, insanların, insanlığın dostudur. O, həm də peşəsinin adamıdır, o, həm də əsil vətəndaşdır, o, həm də dəyərli Azərbaycanlıdır.

 

Şahmar Zərdabi

Baş redaktor