ETİBARLI OLMAĞIN TƏK ÜNVANI – VİCDAN VƏ İMAN

254

ETİBARLI OLMAĞIN TƏK ÜNVANI – VİCDAN VƏ İMAN

“Binə” çörək zavodunun inkişaf yolu – keyfiyyətli məhsul, məmnun müştəri

Həyatda şərəf və şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir!

                                       Ulu Öndər Heydər Əliyev

Səndən hərəkət, keyfiyyət bir müştəri olaraq məndən halallıq və daimi qarşılılıq. Bu gün bütün dünya bu standartla işləyir. Keyfiyyətli məhsulun qarşılığı olaraq daimi və məmnun müştəri qazanmaq prinsipi ilə. Bu istehsalın ən ümdə devizi və letmotivi olmalıdır. Belə olmasaydı nəsildən-nəsilə keçən brend markaları yaranmaz, ömürləri qısa və unudulan olardı. Bu gün vətənimiz Azərbaycan hər sadə olduğu kimi sahibkarlıq sferasında da böyük inkişaf və intibah dövrünü yaşayır. Biz hər sahədə olduğu kimi sahibkarlıq sahəsində də dünyaya meydan oxumağı bacaran dövlət olduğumuzu sübut etməyə bacardıq. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kiçik və böyük sahibkarlıq bir məqsəd və mərama xidmət etməyə başladı. Səriştən var, özünə güvənin necə? Varsa buyur gəl, yol və yer sənindi. Hər bir başlanan işin mayasında halallıq və sevgi dayanarsa həmin işin sonu işıqlı, ömrü uzun olar.

Bu gün sizə hamımızın bərəkət hesab etdiyi, hər gün təlabat duduğumuz çörəkdən və ölkədə №1 olan “Binə” çörək zavodundan söhbət açacağıq. Çörək istehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi. Azərbaycanda brendə çevrilən bir neçə çörək zavodu vardır ki, onlardan birincisi “Binə” çörək zavodudur. İllərlə mövcudluğunun qeyd edən bu çörək zavodu bu gün özünün rəqabət meydanında dayanıqlılığının əsas səbəbi olaraq halallıqdan götürdüyü startı bu günə qədər əzmlə davam etdirir. “Binə” çörək zavodu markası ilə müştərilərinin ağız dadını tutan çörək məhsulları bu gün ancaq ciblərini doldurmaqla məşğul olan müəmmalı şəraitlərdə “halal” adı ilə bazara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını almaqda böyük inqilab etdi. Bu da onu göstərir ki, “Binə” çörək zavodunun rəhbəri Seymur müəllimin zavodda yaratdığı səliqə-səhman, gigiyenik qaydalara yüksək səviyyədə riayət etməsidir.

Seymur müəllimin müsahibəsindən: “Son illərdə dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, özəl bölmənin iqtisadi inkişafda rolunun artmasına səbəb olmuş və faktiki olaraq sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizi keçmişdir. Məhz sahibkarlığın inkişafına yönəldilən kompleks və sistemli tədbirlər yerli ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələrin inkişafına təkan vermişdir.

 İlk öncə bildirmək istəyirəm ki, “Binə” çörək zavodu məhsullarının ilk istehsalçısı kimi fəaliyyətə başlamışdır. Keçən vaxt ərzində çörək istehsalında böyük təcrübə toplamış və yüksək keyfiyyətli məhsulla alıcıların etibarını qazana bilmişdir.

Biz çalışmışıq ki, istehsal etdiyimiz çörək və un məhsulları öz stabil və dəyişməz keyfiyyəti, dadı və faydalılığı ilə seçilsin. Biz elə bir istehlakçı tanımırıq ki, bir dəfə məhsulumuzu dadsın və sonra ondan imtina etsin. Məhz buna görə də alıcılarımızın sayı getdikcə artır və “Binə” çörək zavodu imici dəyişməz olaraq qalır.

Bizim məqsədimiz sadəcə olaraq keyfiyyətli məhsul istehsal etmək deyil. Əsas məqsədimiz məhsulun keyfiyyətini daim sabit saxlamaq, keyfiyyət stabilliyini möhkəmləndirmək və məhsullarımızın təhlükəsizliyini daha da yüksəltməkdir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, əldə etdiyimiz nailiyyətlərin səbəbi, heç şübhəsiz ölkədə iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatların, əlverişli biznes mühitinin yaradılmasının, sahibkarların istək və təkliflərinə həssas yanaşmanın, sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının nəticəsidir.”

Ərazisi kiçik, xarakteri böyük olan məmləkətimizdə yaxşının da, pisin də öz adı var. Xalqın dilindən pafos, təmtəraqlı sözlər işlədilmir. Xalq öz ehtiramını bir kəlmə ilə “Yaxşı insan, etirazını pis adam” ifadəsi ilə bildirir. “Binə” çörək zavodunun rəhbəri Seymur müəllim belələrindəndir. Yaxşı insan, xalqın etibarlı adamı olmağı bacardı. Özünün əqidəsi, əzmi, zəhmətkeşliyi, vicdanlılığı, mərhəməti, səxavəti, peşəkarlığı və savadı ilə. İlk növbədə onun rəhbərliyi ilə fəaliyyət göstərən “Binə” çörək zavodunun çörəklərini 7-dən 77-yə böyük ləzzətlə, könül rahatlığı ilə alınıb rahatlıqla qida məhsulu olaraq qəbul olunmasıdı. Çörək elə bir qida növüdür ki, bu məhsula hər kəsin meyli çəkir. Hamı bu məhsula tələbatlıdı. Bu meyldir, bir damaq dadıdır. Ən böyük həqiqət düzlükdür. Hər işdə düzlük axtaranların vicdanı rahat olar. İnsaf imanın təməlidi. Vicdan isə böyük işlərin yol bələdçisi. İllərlə böyük yola çıxmış bir şirkətin kredosu, vicdanı, halallığı əsas vəzifə meyarı görərək, bundan sonra da xalqını xoş ətirli, əla növ çörək və un məhsulları ilə sevindirməkdən ibarətdir.

Seymur müəllim fəaliyyətini bu xətdən başlayıb və əldə etdiklərini də bu yoluna borcludu. Bu yolda Sizə böyük uğurlar və geniş müştəri məmnunluğu, xeyir-duası arzusu ilə…