ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftalıyev komitəni şəxsi əmlakı kimi istifadə edir? Ayrılan vəsaiti mənimsəyir?- FAKT

679

ATİAHİ Zərdab rayon komitəsinin sədri Etibar Niftalıyev komitəni şəxsi əmlakı kimi istifadə edir? Ayrılan vəsaiti mənimsəyir?- FAKT

Nələr baş verir? – ətraflı sizi tanış edək.

Etibarlı mənbədən redaksiyaya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev barəsində ilginc məlumatlar daxil olub.

Daxil olan məlumata əsasən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyevin təhsil işçilərinə ayrılam vəsaitləri mənimsəyib şəxsi işləri üçün istifadə edir.

Hamıya məlumdur ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir və dövri mətbuatda bunları dərc etməkdə özümüzə borc bilmişik. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin görülən bu diqqət və qayğıdan niyə qıraqda durur? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Sadaladığımız bu işləri Zərdab Rayon Komitəsinin sədri Etibar Niftalıyev niyə görməzdən gəlir? Öhdəsinə düşən vəzifəsini düzgün yerinə yetirmir? Ayrılan pul vəsaitini niyə mənimsəyir? Daxil olan məlumata əsasən komitənin sədri Etibar Niftalıyev nə hər hansı bir məktəbin müəllim kollektivi ilə, nə də ki təhsil işçiləri ilə görüşüb onlarla həmsöhbət olub problemlərini dinləməmişdir.

ATİAHİ Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev Bakıdan kilometrlərlə uzaq olduğu üçün fəaliyyətini heç kim görmür kimi bilir. Bütün çirkin əməllərini ört-basdır edəcək. Bu heç də belə deyil Etibar müəllim. Aldığımız məlumata əsasən Etibar Niftalıyev güya təhsil işçilərinə yardım və ya tədbirlər təşkil edib ayrılan pul vəsaitini silməklə məşğul olur. Hətta, dövlət tərəfindən ayrıaln xidməti avtomobili nəvəsinə pay edib. Həmin xidməti avtomobil hal-hazırda Bakı şəhərindədir.

Etibar Niftalıyev Zərdab rayon komitəsinin tərkibində olan hansı təhsil müəssisəsinə baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışdır? Hansı təhsil işçisini, müəllimin problemləri ilə maraqlanıb onun həllində birbaşa iştirak etmişdir? Görəsən Etibar müəllimin bu cür iyrənc fəaliyyətindən hörmətli Səttar Möhbalıyevin xəbəri varmı? Etibar müəllim hər ilin sonunda hansı hesabatı verir?

Araşdırmalarımız davam edir, Etibar Niftalıyev barəsində daha şok faktlarla sizi tanış edəcəyik. Bizi izləyin.

Davamı var…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Beynəlxalqinformasiyaagentliyi.az