YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin yanındadır.
Bu dəfə söhbər açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz “Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Bəhruz Şirəliyev özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Bəhruz müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Bəhruz müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir. Dövlət əhəmiyyətli və şəhid tədbirlərinə təmənnasız olaraq “Zeytun Pharmaceuticals” MMC olaraq hər zaman keyfiyyətli tibbi avadanlıqları və dərmanları ilə ölkədə No1 apteklər şəbəkəsindən biridir. Bəhruz müəllim özünün mənəvi insanlıq borcunu yüksək səviyyədə yerinə yetirir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Bəhruz Şirəliyev böyük genetik irsin varisidir. Bəhruz müəllim uğurları bir iş adamı olaraq Azərbaycanda yeni iş yerlərinin açılmasında özünəməxsus töhfəsini vermişdir və ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı uğurlu siyasətinin dəstəklənməsi deməkdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq. Əzizimiz Bəhruz müəllim sizə işlərinizdə uğurlar diləyirik. Allah gördüyünüz hər bir işinizi xeyir əməl dəftərində savaba yazsın. Allah amanında olun həmişə.
Şahmar Zərdabi
Baş redaktor
ŞİRKƏT HAQQINDA
9 oktyabr 2014-cü ildə “Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi” şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi “Zeytun Pharmaceuticals” -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Şirkətin qazandığı uğurların əsas özəyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan
keyfiyyət;
zaman;
müştərilərə diqqət və onlar qarşısında məsuliyyət;
humanizm;
daimi inkişaf;
innovasiya;
komanda işi
kimi korporativ dəyərlərdir.
Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.