XX əsrin faciəsi: Xocalı soyqrımından 31 il ötür

370

XX əsrin faciəsi: Xocalı soyqrımından 31 il ötür

 Xocalı soyqrımından 31 il ötür…

 1992-ci ilin 26 fevralı…

Təqvim vərəqlərimizdə qara dairəyə alınmış o faciəvi tarix. Hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zaman… Xocalı sakinlərinin dünyada misli görünməmiş soyqırımına məruz qaldıqları o məşum gün…

İllərlə 1992-ci il fevralın 26-da Xocalıda soydaşlarımızın başına gətirilən faciənin ağrı-acısı ilə yaşadıq, ürəyimiz dərddən-ələmdən yara bağladı. O günahsız insanlara, yaşlılara, uşaqlara, qızlara, gəlinlərə, cavanlara tutulan divana yandıq, yaxıldıq…

Yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik…

And içdik ki, qisasları qiyamətə qalmayacaq.

Və 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu…

Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin müjdələdiyi 10 Noyabr – Qələbə Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb…” dedilər. Ulu Öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ümummilli Liderimiz, eyni zamanda, xalqımızın əsrlərboyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib.
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 31il keçir. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Biz də ədliyyə işçiləri olaraq Xocalı soyqırımının 31-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik.

Xocalıda həlak olan şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyirik. İlər keçsə də, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

İlham Məmmədov

Bərdə RİH Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri