ŞƏHİD RUHUNA BİGANƏLİK

399

ŞƏHİD RUHUNA BİGANƏLİK

2020-ci ilin sentyabr ayında Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında igid vətənpərvər oğullarımız şəhid olaraq Allahın insan üçün ən üstün saydığı şəhidlik zirvəsinə ucalmışlar.

Söhbət açacağımız şəhidimizdən biri də Quba rayonu Birinci Nügədi kənd sakini Elmar Ağasiyevdən və onun adına olan küçədən gedir.

Redaksiyamıza daxil olan şikayətə əsasən Quba rayonu Birinci Nügədi kəndi 5-ci məhəllədə yaşayan Ağasiyev Rasim Nurəddin oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan qardaşı Elmar Ağasiyevin adını daşıyan küçə tamamilə yararsız vəziyyətdədir. Yağışdan sonra yollarda yaranan gölməçəlrdən keçmək mümkün deyil, sanki inkişaf etmiş demokratik bir ölkənin yollarına bənzəmir. Hətta kəndin elektrik dirəkləri sıradan çıxmışdır, elektrik xətləri qəzalı vəziyyətdədir. Kəndə daxil olanda ilk baxışdan elə görünür ki, bu kənddə yaşayan yoxdur, amma təəssüflər olsun ki, heçdə elə deyil. Kənddə çalışan dövlət məmurları ancaq özünün şəxsi mənafeyi haqqında düşündüyündən vəzifə borclarını unudublar. Dövlət büdcəsini talan edərək “Burda mənəm, Bağdadda kor xəlifə” deyimi ilə hərəkət edirlər. Bu barədə kənd sakinləri dəfələrlə Quba Rayon İcra Hakimiyyətinin ərazi dairə üzrə nümayəndəsinə, kənd bələdiyyəsinə müraciət etsələr də, lakin heç bir tədbir görülməyib. Kənd bələdiyyəsinin sədri Sərxan müəllimə bildirəndə ki, heç olmasa bu küçənin adını daşıyan şəhidimizin ruhuna biganə yanaşmayın, cavabında bildirdi ki, “şəhid olub-olubda, mən sizin üçün yol düzəldənəm? Bizim büdcəmizdə o qədər vəsait yoxdur.” Ölkə başçısı dəfələrlə yol-infrastrukturun yaxşılaşması üçün dövlət büdcəsindən vəsait ayırmışdır. Görəsən ayırlan bu vəsaitlər kimin cibinə axır?

Kənd sakinləri dövlət məmurlarının işlərinə və şəhid ruhuna biganə yanaşdıqları üçün məcburiyyət qarşısında qalıb cənab Prezidentə bizim redaksiyamız vasitəsi ilə müraciət etmək qərarına gəliblər.

Araşdırmalarımız davam edir. Kənddə daha hansı neqativ hallar baş verdiyini, dövlətə xəyanət edən dövlət məmurlarından sizi məlumatlandıracağıq.

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor

Tel.: 051-326-53-55