İndoneziyanın paytaxtı Cakartada nigeriyalı deputata hücum olunub.
Unikal.org xəbər verir ki, deputat Əbdülrəhman İbrahim konsulluğun qarşısında tanımadığı şəxslər tərəfindən zorla avtomobilə mindirilib. Daha sonbra deputata zor tətbiq edən insanlar həmin anları sosial mediada paylaşıb. Yayılan görüntülərdə, deputatın, “nəfəs ala bilmirəm”, – sözləri mediada gündəmə səbəb olub.
Bundan sonra Nigeriya hökuməti günahkarların cəzalandırılmasını tələb edib. Əbdülrəhman İbrahimin hansı səbəbdən döyüldüyü isə məlum deyil.