Deputat döydüyü polisi əvvəlcə “RAZBORKA”YA çağırıb… – VİDEO

197

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktının təfərrüatları məlum olub.

Bu barədə Yenicag.az-a şimal bölgəsində fəaliyyət göstərən araşdırmaçı jurnalist Cəmil Məmmədli məluat verib.

Cəmil Məmmədli bildirib ki, polisin döyülmə faktı Nabranda yox, Xaçmazda, Bakı prosepektində baş verib:

“Xaçmaz rayonunun Bakı prosepektində yerləşən “ATA” sığorta deputat Eldəniz Səlimova məxsusdur. Həmin obyektin yanında isə “Starıy Dvor” adlı kafe fəaliyyət göstərir. Həmin kafeni Eldəniz Səlimovun bacısı oğlu arendaya götürüb işlədir.

Kafe karantin qaydalarına əməl etmədiyi üçün polislər tərəfindən bir neçə dəfə xəbərdarlıq edilib. Belə ki, kafe gecə saat 00:00-dan sonra da fəaliyyət göstərib.

Xəbərdarlığın üstündən 20 gün keçdikdən sonra deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi çağırıb. Deputat polis əməkdaşının boyununu qucaqlayıb, onunla söhbət edib. Sonra qəfildən polis əməkdaşını vurub və ona xəsarət yetirib.

Davanın səbəbi polisin Eldəniz Səlimovun bacısı oğlunun işlətdiyi kafeyə qanuni olaraq saat 12-dən sonra işlətmək olmaz xəbərdarlığı olub”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi hadisənin Xaçmaz rayonunun Nabran qəsəbəsində baş verdiyini açıqlayıb.