YAXŞILARA YAXŞI DEYƏK…

340

YAXŞILARA YAXŞI DEYƏK…

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən iş adamı problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

… İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bakı şəhəri “8-ci km Ticarət Mərkəzi”nin rəhbərini tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir. Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur.

Bütün bu bazarların iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərməsi onların rolunun getdikcə artmasının sübutudur. Bazar istehsalı onun bütün amilləri ilə təmin edən bir sahəyə çevrilmişdir. Buna görə də bütün ən iri istehsal sahələri ixtisaslaşmış bazarlara möhtacdır. Elə buna görədir ki, bazarın hakim olduğu milli iqtisadiyyatlar bazar iqtisadiyyatı kimi səciyyələndirilir. Istənilən bazarın normal fəaliyyəti üçün sxemdə göstərilən şərtlərin olması olduqca vacibdir.

Bazar mürəkkəb münasibətlər sistemidir və bu münasibətlər bazara xas olan qanunlarla və onların fəaliyyət mexanizmləri ilə tənzimlənirlər.

“8-ci km Ticarət Mərkəzi”ndə sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl edildiyini, bütün texniki normalara ciddi riayət olunduğunu gördük. Ticarət Mərkəzində satıcı-alıcı üçün bütün lazımi şərait yaradılıb. Gigiyenik qaydalara yüksək səviyyədə riayət edirilir. Alıcı məmuniyyəti bazarda hər şeydən öndə tutulur. Bu da ölkədə bazar iqtisadiyyatının inkişafı üçün səmərəli bir faktordur. Belə şəraitin yaradılmasına görə “8-ci km Ticarət Mərkəzi”nin rəhbərliyinə dərin minnətdarlıq bildiririk.

Son olaraq onu da deyək ki, “8-ci km Ticarət Mərkəzi”nin rəhbərliyinə və işçi kollektivinə gələcəkdə işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-255-01-09