Prezident onu təltif etdi — SƏRƏNCAM

904
Prezident İlham Əliyev Anatoli Torkunovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənəd AZƏRTAC-da dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilib.