PA-nın keçmiş şöbə müdiri nazir müavini təyin edildi

594

PA-nın keçmiş şöbə müdiri nazir müavini təyin edildi

Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.

“Ölkə.Az” azvision.az-a istinadən məlumatına görə, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da vəzifəsindən azad olunub.