Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

620

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 18-də Azərbaycana səfərə gəlib.

“Ölkə.Az” xəbər verir ki, Mustafa Şentopu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.