İdmançıları daşıyan komanda avtobusu dərəyə aşdı – 2 nəfər ölüb, 15 yaralı var – FOTO

649

Türkiyənin Ordu şəhərindən Yozqat şəhərinə yarışa gedən Ordu Gənclərbirliyi qadın həndbol komandasını daşıyan avtobus Yozqatın Aydıncık qəbəsəsində qəzaya uğrayıb. İkinci liqada mübarizə aparan komandanın avtobusu dərə yatağına aşıb.

Minval.info oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılar Çəkərək və Sorqundakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların şəxsiyyəti hələlik açıqlanayıb.