Azərbaycanda mikroavtobus qəzaya düşdü – ölən və yaralananlar var

750
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Beynelxalqinformasiyaagentliyi.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub.

Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir.