Bakıda yüksək vəzifəli şəxs vəfat etdi

742
Azərbaycan Respublikası Nazirlər Kabinetinin əməkdaşı vəfat edib.

Publika.az xəbər verir ki, Baş nazirin birinci müavininin köməkçisi Ayaz Abdulla oğlu Yusifov vaxtsız dünyasını dəyişib.

Qeyd edək ki, A.Yusifov 3-cü dərəcəli dövlət müşaviri idi.
Onun qardaşı Avaz Yusifov Təhsil Nazirliyində sektor müdiri vəzifəsində çalışır.

Allah rəhmət eləsin!