Boksçu rinqdə aldığı zərbədən öldü – VİDEO

925
ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar.

Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.